Yuxarı

ABŞ bu addımı atarsa, Türkiyənin başqa seçimi olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqresdə ötən ilin iyulunda qəbul edilən və Prezident Tramp tərəfindən avqustun 2-də imzalanaraq qüvvəyə minən sanksiya qanununa əsasən, Rusiya ilə hərbi sahədə iri məbləğdə sövdələşmələrə gedən ölkələrə sanksiyaların tətbiqi nəzərdə tutulur. Türkiyə ilə Rusiya arasındakı S-400 anlaşması da bu sanksiya qanununun tələbləri altına düşür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Türkiyənin Rusiya və İran ilə yaxın əməkdaşlığı NATO-nun aparıcı ölkələrində narazılıq doğurur:

"Belə bir narazılıq və narahatlıq artıq müşahidə olunur. Fransa Prezidenti Makronun “Suriya əməliyyatı ilə Türkiyəni Rusiyadan ayırdıq” şəklində sözləri bu narahatlığın təzahürüdür. Ötən həftə ABŞ Senatında Mayk Pompeonun dövlət katibi vəzifəsinə təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələrdə də Türkiyənin Rusiya-İran cütlüyü ilə əməkdaşlığından narahatlıq ifadə olundu".

Politoloqun sözlərinə görə, Rusiyadan S-400 zenit-raket kompleksi aldığı üçün ABŞ sözügedən qanuna istinad edərək Türkiyəyə sanksiya tətbiq edə bilər:

“Lakin Türkiyə NATO üzrə müttəfiq ölkə olduğuna görə ABŞ onunla sanksiya dili ilə danışmağa həvəsli deyil. Digər tərəfdən, iki ölkə arasında onsuz da kifayət qədər problemlər var və bunlara sanksiyalar da əlavə olunarsa, münasibətlər tamam korlana bilər".

Politoloq vurğulayıb ki, əgər bu baş verərsə, Türkiyənin Rusiya ilə indikindən daha artıq yaxınlaşmaqdan başqa çarəsi qalmaz:

"Ona görə də hazırda bu məsələ ABŞ və Türkiyə arasında müzakirə mövzusudur. Türkiyə ABŞ-dakı etirazları azaltmaq üçün bu ölkədən “Patriot” sistemləri almağa hazır olduğunu açıqlayıb. Müzakirələrin hansı mərhələdə olduğu hələ ki məlum deyil".

Politoloq qeyd edib ki, həmçinin NATO Suriya münaqişəsinə cəlb olunmayıb və məsələnin həlli prosesində iştirak etmir:

"Ona görə də Türkiyənin Suriyada Rusiya və İranla əməkdaşlığının NATO çərçivəsindəki razılaşmalar və öhdəliklərlə birbaşa əlaqəsi yoxdur. NATO demokratik ölkələrin könüllü ittifaqıdır".

Tarix
2018.04.17 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla