Yuxarı

Adil İsmayılovdan şok sözlər: “Qaykalar burulur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adil İsmayılovdan şok sözlər: “Qaykalar burulur”

"Bu hadisələr ölkədə baş verən və bundan sonra baş verəcək yaxşı və ya pis, amma düşünülmüş prosesin tərkib hissəsidir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə vəkil Adil İsmayılov öz Feysbuk səhifəsində ölkədə baş verən son hadisələri şərh edərkən deyib.

O, Azərbaycan hakimiyyətinin kifayət qədər güclü olduğunu bildirib:

"Son günlər ölkədə həm daxildə, həm də kənarda baş verən hadisələrə münasibət bildirməyə bir neçə dəfə cəhd etsəm də, alınmayıb (buna görə məni qınayanlar da olub). Müxtəlif səbəblər var, qorxu da istisna deyil yəqin, amma inandırım ki, əsas səbəb bu deyil. Sadəcə, fikirlərimi cəmləşdirə bilmirdim. Deyəsən, toparlaya bilmişəm və bölüşməyə ehtiyac hiss edirəm. Ölkədə nələr baş verir? Ən əsas olanları nəzərdə tuturam. Cəbhə xəttində canlanma, xarici siyasətdə Rusiyaya meyllənmə və daxildə Qərb və Amerika meylli qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, hüquq müdafiəçilərinin həbsi. Bunların əlaqəli olmasını deyib Amerika açmaq istəmirəm. Bu hadisələr ölkədə baş verən və bundan sonra baş verəcək yaxşı və ya pis, amma düşünülmüş prosesin tərkib hissəsidir. İndi həmin prosesi bütövlükdə təhlil etmək fikrindən uzağam və bir statusda bunu etmək heç mümkün də deyil. Sadəcə, prosesin bir aspektinə münasibət bildirəcəm. Baş verənləri, qısaca, "qaykaların burulması" adlandırardım. Əvvəlki statusumun (Putinə yazığı gələnlərə yazığım gəlir...) davamı kimi qeyd edim ki, kimlərinsə bunu istəyib-istəməməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq, bu gün Azərbaycan hakimiyyəti həddən artıq, necə deyərlər, aşırı güclüdür. Amma bu güc nisbidir. Çünki bu gücün tətbiq edildiyi və müqayisə ediləcək tərəf çox zəifdir. Yəni hakimiyyət güclü görsəndiyi qədər də zəifdir. (Qulliver liliputlar ölkəsində olduğu kimi). İndi peşəmdən irəli gələn bir fikir söyləyim: mən hakimiyyətin vəkili olsaydım (deyiləm və heç zaman olmayacam, güman edirəm ki, onun buna ehtiyacı da yoxdur) onun hərəkətlərinə çox asanlıqla haqq qazandırardım".

Tarix
2014.08.16 / 11:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla