Yuxarı

İrəvan aclığa razı olub, Moskvaya qarşı çıxarsa... – Sıtin hədələdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus analitik və politoloq Aleksandr Sıtinin Axar.az-a müsahibəsi:

– ABŞ Dövlət Departamentinin keçmiş analitiki Pol Qobl Axar.az-a müsahibəsində rəsmi Moskvanın Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcəyini və Ermənistanı uzaqlaşdıracağını açıqlamışdı. Bu proqnoza münasibətiniz maraqlıdır...

– Moskvanın, belə deyək, "Ermənistanın acığına" Azərbaycana yaxınlaşması ehtimalı, məncə, ağlabatan deyil. Burda əsas vurğu "Ermənistanın acığına" ifadəsinə düşür. Üstəlik, Qarabağ məsələsində Moskvanın biləvasitə Azərbaycanın mövqeyinə qədərincə yaxınlaşması ağlabatan görünmür. Bu, ancaq o vaxt mümkün olar ki, Ermənistan birmənalı olaraq inkişaf vektorunu Avropaya çevirsin və NATO-ya girmək kursuna yönəlsin. Hələlik isə Moskvanın ritorikasında Ermənistan Rusiyanın strateji müttəfiqi və Cənubi Qafqazda siyasi dayağı kimi dəyərləndirilir.

– Ermənistanda baş verən xalq narazılığını necə xarakterizə edərdiniz? Bu, sosial, yoxsa siyasi aspektlərlə əlaqədardır?

– Siz bu münaqişənin əhali ilə bağlı aspekti barədə tamamilə düzgün sual qoyursunuz. Şübhəsiz, mənim "cəmiyyətin aşağı qatları" adlandırdığım zümrə Rusiya və Avrasiyaya inteqrasiya yönümlüdür.

Əvvəla onlar Rusiyaya işləməyə gəlirlər, ikincisi, onların arasında sovet dövrünə nostalji hisslər hələ də mövcuddur və rus siyasiləri postsovet məkanında bu psixoloji vasitədən uğurla bəhrələnirlər. Bu zümrənin maraqlarını bu və ya digər formada Moskvadan dəstək alan müəyyən sayda elita və ziyalı təmsil edir. Sadəcə, mən bunu bilirəm. Bu, KİV-ə aiddir. Digər tərəfdən, kursun dəyişməsini tələblər edən, xüsusilə şəhərdə yaşayan təhsilli cavanlar və diaspor ilə biznes əlaqələri olan bəzi qüvvələr formalaşıb. Eyni zamanda, Moskvada yaşayan ermənilər mənə deyirlər ki, sən heç nəyi başa düşmürsən! Ermənistanda münaqişə ola bilməz! Balaca respublikadır, hamı bir-birini tanıyır, bir-biri ilə qohumdur. Bir az səs-küy salıb, dağılışacaqlar. Lakin göründüyü kimi, artıq birinci gün deyil ki, səs-küy salırlar, amma dağılmaq niyyətləri yoxdur.

– Ermənistanın yeni hökuməti xalq narazılığına necə cavab verəcək? Bu, Ermənistanın xarici siyasətinə təsir göstərə bilərmi?

– Bugünkü hakimiyyətin narazı olanların istəyinə uyub kursu dəyişəcəyini ehtimal etmək çətindir. Ermənistan siyasətçiləri qədərincə Moskvanın təminatındadırlar. Bütün bu qazandıqlarını onlar itirmək istəməzlər. Üstəlik, Ermənistan Ukraynanın təcrübəsini ciddi nəzərdən keçirməlidirlər. Onlar qazın qiymətinin qalxmasına, müxtəlif sanksiyalara və Moskvanın açıq düşmən münasibətinə hazırdırlarmı? Kursun dəyişilməsi barədə danışmaqdan əvvəl "kartof qabığı yeyərik, təki Rusiyasız olaq" vəziyyətinə hazır olduqlarına əmin olmalıdırlar. Ermənistanda belə əminliyin olduğunu deyə bilmərəm. Ermənistan hökuməti etirazçılara qarşı həm də respublikada yerləşən Rusiya silahlı qüvvələrinin kontingentini cəlb edərək bu günədək güc tətbiq etməkdən qorxur. Lakin hiss etsələr ki, onları Qəzzafinin və ya Çauşeskunun aqibəti gözləyir, bunu edəcəklər. Ancaq hadisələr "demokratik" məcrada davam etsə, əlbəttə, güc tətbiqi yolverilməz olacaq. Onlar başa düşürlər ki, erməni xalqı bunu onlara bağışlamaz. Balaca və insan itkisinə həssaslıqla yanaşan ermənilər bunu öz dövləti tərəfindən, özü də rusların iştirakı ilə keçirilən genosid kimi dəyərləndirəcəklər. Bu da Rusiya yönümlü Ermənistanın sonu deməkdir. Zənnimcə, bu günə deyə biləcəyim bu qədər. Onu da qeyd edim ki, Ermənistanda baş verənləri Rusiya KİV-i sükutla qarşılayıb. Yəni tamamilə sükutla.

Tarix
2018.04.23 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla