Yuxarı

Sərkisyanın istefası Qarabağa necə təsir edəcək? – De Vaal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu istefanın Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxaracağını düşünmürəm.

Bu sözləri “Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal Sərkisyanın istefasının Qarabağ konfliktinə təsiri haqda Axar.az-a danışarkən deyib.

“Erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç bir kompromisə izn verməyən, atəşkəsin gücləndirilməsi üçün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirən bir razılıq mövcuddur. Zənnimcə, bundan sonra əsas vasitəçinin kim olduğu barədə bəzi qarışıqlıqlar olacaq, çünki əlbəttə, Serj Sərkisyan bu münaqişə və danışıqların bütün detallarını yaxşı bilirdi”, - de Vaal bildirib.

Ekspertin sözlərinə görə, münqaşinənin müzakirəsi artıq öz formatını dəyişəcək:

“Qarabağ konflikti danışıqlarında Azərbaycan və Ermənistanın müzakirəsi üçün xüsusi bir qrupun yaradılması lazım olacaq. Artıq bu məsələ XİN rəhbərləri və prezidentlərin görüşü ilə çərçivələnməməlidir”.

Tarix
2018.04.24 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla