Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


“Yaxında Azərbaycan NATO-ya dönüş edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva bir neçə NATO ölkəsi ilə birbaşa qonşuluqda yerləşir və sabah Rusiyanın təxribatı ilə qarşılaşmayacaqları hələ ki sual altındadır".

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Rusiyaya qarşı hansı təzyiqlərin artması ilə bağlı məsələni şərh edərkən deyib.

O, Putinin ona müttəfiq olan ölkələrə öz gücünü göstərmək istədiyini deyib:

"NATO-nun Uels Sammitində çox müzakirə olunan məsələlərdən biri də Rusiyanın qeyri-adekvat davranması, işğalçılıq siyasəti olacaq. Təbii ki, NATO Rusiyanın bu cür davranışlarına seyrçi qala bilməz və sadəcə bəyanatlarla kifayətlənməyəcək. Sammitdə əsas müzakirə olunan məsələlərdən biri də NATO-ya üzv və tərəfdaş dövlətlərin təhlükəsizliyidir. Rusiya artıq bu ölkələr üçün də təhdid vəziyyətinə gəlib çatıb. Moskva bir neçə NATO ölkəsi ilə birbaşa qonşuluqda yerləşir və sabah Rusiyanın təxribatı ilə qarşılaşmayacaqıları hələ ki sual altındadır. Rusiya özünü bu cür aqressiv aparmaqla sadəcə olaraq özünün gələcəyi üçün böhran və çöküş prosesini sürətləndirir. Ona qarşı tətbiq olunan sanksiyalar tezliklə öz gücünü göstərəcək. Rusiya bu sanksiyalar altında çox qala bilməyəcək. Putin bunu gözəl anlayır və digər tərəfdən də müttəfiqi olan dövlətlərə öz gücünü göstərmək istəyir. Lakin o bir şeyi unudur ki, artıq 21-ci əsrdir. Stalin, Pyotr dönəmi bitib. Onun bu cür aqressiyası Rusiyanın məhvinə və rus xalqının acınacaqlı vəziyyətinə gətirib çıxardacaq. Rusiya artıq qlobal güc deyil və qlobal proseslərin heç birində rol oynamır. Bu, Putin siyasətinin nəticəsidir. Rusiya köhnə postsovet məkanında dondurmuş olduğu münaqişələrə öz təsirini saxlamaqla qlobal siyasətdə nəsə dəyişiklik etmək istəyir, lakin bunun da bir sonu var. Uels Sammiti həmçinin NATO üçün önəmli bir yoldur. Alyans şərqə doğru genişlənməyə üz tutub və bu proses sürətlə davam edəcək. Moldova, Ukrayna, Gürcüstan və yaxın illərdə Azərbaycanın da NATO-ya doğru dönüş nöqtə edəcəyini görəcəyik. Təbii ki, bu da sonda siyasi xəritənin kökündən dəyişəcəyinə işarədir".

Tarix
2014.08.20 / 09:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla