Yuxarı

"Bakı Putinin gözlənilən xaos planına hazır olmalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya nə qədər tez zəifləsə, daxilində müstəqillik qazanan dövlətlər daha çox olar və Rusiyanın kənara təsiretmə mexanizmi də aradan qalxar".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. O, Rusiyanın parçalanması ilə dünyanın yeni siyasi xəritəsinin formalaşacağını bildirib:

"Rusiya hazırda dünyadan təcrid olunma dövrünü yaşayır. Rusiyanı idarə edən Putin ağılla deyil, hissi davranaraq ölkəsini parçalanmağa doğru aparır. Bu siyasət Rusiya üçün pis olsa da, dünyanın yeni siyasi xəritəsinin formalaşması baxımından yaxşıdır. Rusiya nə qədər tez zəifləsə, daxilində müstəqillik qazanan dövlətlər daha çox olar və Rusiyanın kənara təsiretmə mexanizmi də aradan qalxar. Lakin bunu da nəzərə almaq lazımdır ki, Rusiyanın zəifləmə prosesi təsiri altında olan dövlətlərdə bir sıra qətliamlar, dövlət çevrilişləri və sairə törədə bilər. Çünki Rusiya daima işğalçı siyasət yürütdüyü üçün zəifləməsi və ərazilərinin itirilməsi onun üçün qəbuledilməz olacaq. Lakin bir gerçək də var ki, Rusiya ərazisində tezliklə yeni müstəqil dövlətlər görəcəyik. Rusiyanın sərhədləri yenidən müəyyənləşəcək. Putin bunu yaxşı bilir və hazırda yürütdüyü siyasət isə təsir etmək imkanlarının güclü olduğu kiçik dövlətləri xaos, şantaj və s. kimi təhdidlərlə özünə tabe etdirməkdir. Bu dövlətlər Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və sairədir. Cənubi Qafqaz Putin və Rusiya üçün çox önəmlidir. Əgər bu coğrafiyadakı dövlətlər NATO-Avropa xətti tutarlarsa, Rusiyanın süqutu daha sürətlə gedəcək. Rusiya burada nüfuzunu itirməmək üçün bütün qəbulolunmaz variantlara əl atacaq. Buraya separatizm, hərbi çevriliş, daxildə xaos, milli faktor və s. aiddir. Bu real təhlükənin Bakıya qarşı ediləcəyi də istisna deyil. Hesab edirəm ki, Azərbaycan da gözlənilən bu təhlükədən yayınmaq üçün tədbir görməlidir".

Tarix
2014.08.24 / 10:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla