Yuxarı

Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu hələ də İnterpol xətti ilə axtarılır.

Axar.az xəbər verir ki, o, bir neçə Azərbaycan vətəndaşının ümumilikdə 970 min avro pulunu mənimsəməkdə ittiham edilir. Məlumata görə, İsmayılzadə Cavidan İlham oğlu tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Adlarının çəkilməsini istəməyən zərərçəkənlər (bəziləri vəzifə tutur) məhkəməyə müraciət etdiklərini, İsmayılzadə Cavidan İlham oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunduğunu, lakin həbs edilmədiyini bildiriblər. Həbs edilməməsinə səbəb isə İ.Cavidanın Almaniyaya qaçmasıdır.

Məsələnin heyrət doğuran tərəflərindən biri də odur ki, İsmayılzadə Cavidan bu əməllərini nəinki Azərbaycanda, hətta Almaniyada da həyata keçirib. O, təxminən 2 il əvvəl silsilə dələduzluq əməllərinə görə Almaniya polisi tərəfindən saxlanılıb. Buna səbəb Cavidanın yerli supermarketlərdən birindən oğurluq etməsi olub. Azərbaycandan fərqli olaraq, Almaniyada bu tip oğurluqlara görə insanlar cinayət məsuliyyətinə cəlb olunmadığından polislər onun oğurluq etməsi ilə bağlı inzibati protokol tərtib edib və sərbəst buraxıblar.

Məsələnin ən şokedici tərəfi isə İsmayılzadə Cavidanın keçmiş MTN-in polkovnik-leytenantı İlham İsmayılın oğlu olmasıdır. İlham İsmayıl hələ 2016-cı il noyabrın 10-da BakiPost.az-a açıqlamasında Cavidanın oğlu olduğunu təsdiqləmişdi:

“O məsələ həll olunub. Dələduzluq məsələsi deyil. Kiçik bir şeydir, özləriylə danışıb həll etmişik. Məhkəmənin qərarı da var. Hissə-hissə ödənəcək”.

İlham İsmayıl məbləğin hissə-hissə ödəniləcəyini dediyi vaxtdan iki ilə yaxın vaxt keçsə də, zərərçəkənlər bu günə qədər həmin məbləğdən 1 qəpik belə ala bilmədiklərini deyiblər.

İlham İsmayıl elə həmin vaxt oğlunun adının tezliklə İnterpoldan çıxarılacağını da bildirmişdi:

“Mülki işlə İnterpolun axtarışına pul verib yazdırıblar. Məsələ tezliklə həll olunacaq, o zaman adı da İnterpolun axtarışından çıxacaq. Əgər elə bir ciddi şey olsaydı, İnterpol onu çoxdan tapıb göndərərdi. Bu, daxili axtarışdır”.

Lakin təxminən 2 il keçməsinə baxmayaraq, İsmayılzadə Cavidan İlham oğlunun adı hələ də İnterpolun saytında, həm də CM-nin 178.3.2-ci maddəsi ilə (178.3 – eyni əməllər təkrar törədildikdə, 178.3.2 isə külli miqdarda məbləği nəzərdə tutur) axtarışdadır.

İ.Cavidanın başqa bir dələduzluq əməli isə avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb, pulunu mənimsəməsidir.

Onun hələ Azərbaycanda olduğu müddətdə bir neçə il vəzifəli şəxslərin bizneslərini idarə etdiyi, daha sonra Türkiyə, oradan isə Niderland Krallığına qaçdığı bildirilir. Dələduzluq əməllərinə görə axtarılan İ.Cavidan Niderland Krallığında qaldığı müddətdə də bir qrup azərbaycanlını aldadıb və Almaniyaya qaçıb.

Hazırda onun Almaniyada gizləndiyi ehtimal edilir.

Tarix
2018.05.16 / 08:40
Müəllif
Aqşin
Oxunub
16 954
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla