Yuxarı

ABŞ Paşinyanın nüfuzunu qaldırmağa çalışır – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan Rusiya və Qərb arasında etdiyi manevrlər və konkret mövqe ortaya qoymamasının qarşılığını indi ABŞ-a bu cür ödəyir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli FTB-nin Serj Sərkisyanın qardaşları Aleksandr və Levon Sərkisyanlara qarşı cinayət işi qaldırmasına münasibət bildirərkən deyib. O bildirib ki, çox güman ki, FTB cinayət xarakterli faktlar əldə edib:

“ABŞ Federal Təhqiqatlar Bürosu Serj Sərkisyanın prezident olduğu dövrdə həmin cinayət işini qaldırsaydı, bu, problemlərin yaranmasına səbəb ola bilərdi. Çünki Serj Sərkisyan Avropa Birliyi ilə yaxınlaşma siyasəti həyata keçirir, müəyyən mənada Rusiya və Qərb arasında manevrlər edirdi. O zaman cinayət işini qaldırmaq çətin olub, ya da əldə edilən cinayət xarakterli faktlar indi üzə çıxıb”.

Politoloq qeyd edib ki, ABŞ-da anti-Rusiya xarakterli hərəkətlər genişlənib:

“Rusiya hakimiyyətinə yaxın və kriminal xarakterli işlərlə məşğul olan adamların cinayətə cəlb edilməsi ilə bağlı konkret addımlar atılır. ABŞ hazırda bir güllə ilə iki dovşan vurmaq istəyir. Bir yandan Paşinyana hörmət göstərərək, onun nüfuzunu qaldırır, digər tərəfdən Rusiyaya göz dağı verməyə çalışır. Bütün bunlar onu göstərir ki, ABŞ Ermənistandakı yeni hakimiyyəti bu və ya digər formada müdafiə etməyə çalışır. Lakin Paşinyan da özündən əvvəkilər kimi Rusiya yönümlü siyasəti davam etdirəcək. Çünki bunun əksi baş versə, o devriləcək. Soçidə də Putinlə Paşinyanın görüşünün o qədər hamar keçdiyini güman etmirəm. Orada Paşinyana bir çox həqiqətlər çatdırılıb və Paşinyana ciddi surətdə xəbərdarlıq edilib ki, o, Rusiyanın təsirindən kənara çıxa bilməz”.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu Serj Sərkisyanın qardaşları Aleksandr və Levon Sərkisyanlara qarşı cinayət işi qaldırıb.

Tarix
2018.05.16 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla