Yuxarı

Ərəb ölkələri üzdə Qüds bəyanatı verir, arxada isə... - Karasik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsdə ABŞ səfirliyinin açılması dünya dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İsrailin silahsız fələstinli etirazçıları qətlə yetirməsi isə böyük etirazlara səbəb oldu.

ABŞ Qulf Analitik Mərkəzinin politoloqu doktor Teodor Karasiklə bu mövzuda Axar.az-a müsahibəsini təqdim edirik:

– ABŞ-ın səfirliyini Qüdsə köçürməsi böyük sürətilə siyasi arenada qarşıdurmalar və iğtişaşlar yaratdı. Bu addım daha nələrə səbəb ola bilər?

– Amerika səfirliyinin Qüdsə köçürülməsi, fələstinli gənclərin etirazları ilə birlikdə, Fələstinin vətən torpaqları məsələsinin həlli yolunu tapmaq üçün yeni bir fəsil açdı. Şiddət vasitəsilə Fələstin problemi öz həlli yolunu tapa bilməyəcək. Körfəzdə, eləcə də Vaşinqtonda belə bir fikir inkişaf etməkdədir ki, Fələstin sualı yalnız Ağ Ev vasitəsilə öz həllini tapa bilər.

– Türkiyə İsrail səfirini ölkədən qovdu. İsrail də rəsmi Ankaranın cavabını eyni üsulla verdi – türk səfir ölkədən qovuldu. Bu iki ölkə arasındakı qarşıdurmalar son zamanlar səngimək bilmir.

– Türkiyə – İsrail münasibətləri sürətlə məhv olur. Bundan sonra baş veərəcəklər çox önəmlidir. İordaniya ilə Türkiyə İsrail mövzusunda yaxınlaşma nümayiş etdirirlər. Onların Qüds problemi ilə bağlı atacaqları addım ərəb ölkələrinin cavabını istiqamətləndirəcək.

Səudiyyə və Birləşmiş Ərəb Əmirliyi isə Məhəmməd Dahlanı rəhbər təyin edərək Fələstinin dövlət məsələlərini həllini pərdələməyə çalışır.

– İsrailin əliyalın fələstinli etirazçıları qətlə yetirməsi böyük etiraza səbəb oldu. Ərəb dövlətlərinin baş verənlərə ciddi bir reaksiya verməsi gözlənilirmi?

– Ərəb ölkələri aksiya iştirakçılarının öldürülməsi ilə bağlı açıq şəkildə bir bəyanat verir, amma pərdə arxasında ərəb ölkələrinin əksəriyyəti İrana qarşı mübarizədə İsraillə birləşməyə çalışır. İsrail üsyançıların Feysbuk vasitəsilə HƏMAS tərəfindən maliyyələşdirildiyini iddia edir. Bu da öz növbəsində şiddət yaradır. Nəticədə hər iki tərəf günahlandırılır.

Tarix
2018.05.16 / 09:00
Müəllif
Rəfiqə Məmmədova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla