Yuxarı

Əsədov Kobaxidze ilə görüşdü: Dəvət... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub.

Axar.az xəbər verir ki, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti çərçivəsində keçirilib.

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi köklərə bağlı olduğunu vurğulayan spiker İrakli Kobaxidze iki qonşu ölkə arasındakı əlaqələrin dinamik inkişafından, o cümlədən həyata keçirilən birgə layihələrin tarixi əhəmiyyətindən bəhs edib. İ.Kobaxidze Oqtay Əsədovu Gürcüstana səfərə dəvət edib.

Ölkələrimiz arasındakı mövcud səmimi dostluq və mehriban qonşuluq münasibətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı nümunəvi olmaqla bərabər, xalqlarımızın maraqlarını da tam şəkildə ifadə edir. Gürcüstana dəvəti qəbul edən Oqtay Əsədov, öz növbəsində, İrakli Kobaxidzeni də ölkəmizə səfərə dəvət edib.

Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz, Bakı-Tiflis-Qars dəmir yolu xətti, eləcə də perspektivdə olan TANAP və TAP layihələrinin icra vəziyyəti yüksək qiymətləndirilib.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafında Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə məsuliyyətli və şərəfli iş düşdüyünü diqqətə çatdıran tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Tarix
2018.05.16 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla