Yuxarı

Paşinyanın Qarabağa “yeni baxış” cəhdi... - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan nəyin bahasına olursa-olsun, növbədənkənar parlament seçkilərinə və təbii ki, tükdən asılı olan hakimiyyətini möhkəmləndirənə qədər danışıqlar prosesindən yayınmaq istəyir.

Bu sözləri Axar.az-a analitik Elçin Mirzəbəyli Ermənistan tərəfindən Madrid prinsiplərindən imtina etmək məsələsinin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Nikol Paşinyanın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki separatçı rejimin danışıqlar prosesində iştirakı barədə iddiaları əslində 1994-cü ildən başlayan Minsk prosesindən imtina olunması anlamına gəlir:

“Həmsədr dövlətlərin bu günədək ən müxtəlif şəhər adları altında təqdim etdiyi prinsiplər isə bu kontekstdə heç bir əhəmiyyətə malik deyil. İstər “Madrid prinsipləri”, istər “Yenilənmiş Madrid prinsipləri”, istərsə də “Boyat Madrid prinsipləri”... Paşinyanın danışıqlar prosesinin formatı və prinsipləri haqqında səsləndirdiyi iddialar heç də yeni baş nazirin Dağlıq Qarabağ məsələsində daha israrlı mövqe nümayiş etdirməsindən irəli gəlmir”.

Analitikin sözlərinə görə, Paşinyan və onun komandası bu prosesə hazır deyil:

“Paşinyan danışıqlar prosesində fiaskoya uğrayacağından, bunun isə onun Ermənistandakı mövqelərinə zərbə vura biləcəyindən ehtiyatlanır. Bu baxımdan Nikol Paşinyanın seçkilərədək bu qəbildən olan çıxışları səngiməyəcək. Bu, daha çox qorxudan və özünəinamsızlıqdan irəli gələn çıxışlardır”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arman Navasardyan açıqlamasında Madrid prinsiplərinin İrəvanı dalana apardığını və buna görə də Madrid prinsiplərinə yenidən baxmağın lazım olduğunu bildirib.

Tarix
2018.05.17 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla