Yuxarı

ABŞ İranın iqtisadi və hərbi mövqelərini vurur – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-İran münasibətləri son dərəcə həssas bir mərhələyə qədəm qoymaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Avropa Birliyi ölkələrinin İranla münasibətlərində nüvə sazişindən çıxmama meyli daha da artmaqdadır:

“Bu da anlaşılan məsələdir. Çünki Qərbi Avropa İrana böyük bir bazar, ekonomik yatırım bazası kimi baxmaqdadır. Əlavə olaraq, burada qaz faktoru var. Avropa Rusiyadan ciddi qaz asılılığındadır. Əslində İran Qərbi Avropa üçün məhz Rusiyaya alternativ bir qapıdır. Bu mənada ABŞ-la Qərbi Avropanın İranla bağlı fikir ayrılıqlarının ortaya çıxmasının bir nömrəli səbəbi də məhz bu iqtisadi dividentlərdən asılı olan nüanslardır”.

Analitik qeyd edib ki, ABŞ nüvə sazişini birtərəfli ləğv etməklə işini bitmiş hesab etməyəcək:

“Hazırda ABŞ İrana münasibətdə bir neçə istiqamətdə aktivlik göstərməyə başlayıb. Artıq biz bunun başladığının şahidi oluruq. Nüvə razılaşmasından çıxmaqla ilk növbədə ABŞ iqtisadi embarqolarını aktiv edib və müxtəlif sanksiyalar işə düşüb. Gələcəkdə maksimum dərəcədə ABŞ Yaxın Şərqdəki müttəfiq ölkələrə də təsir etməklə, İranın iqtisadi nöqteyi-nəzərdən izolyasiyasına çalışacaq. Digər tərəfdən, ABŞ siyasi baxımdan İranı təcrid etmək niyyətindədir. Bu da qarşıdakı günlərdə müxtəlif diplomatik, siyasi etirazlar, təzyiqlərlə özünü göstərəcək. ABŞ eyni zamanda Yaxın Şərqdə İranın əsas nüfuz nöqtələrinə zərbələr endirəcək ki, artıq İsrail vasitəsi ilə bunu etməkdədir”.

Analitik vurğulayıb ki, ABŞ İranın nüfuz dairəsi altında olan məntəqələrə və İranın təsiri altında olan hərbi birləşmələrə zərbələrin endirilməsinə və onlara qarşı əməliyyatların aparılmasına artıq başlayıb:

“Son günlərdə istər Suriyada, istər Livanda, istərsə də İraqda biz bunun şahidi oluruq. Mümkündür ki, Yəməndə də ərəblərdən istifadə olunmaqla müəyyən aktivlik yaşansın. Çünki İrana qarşı Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri ittifaqı var. ABŞ bu ittifaqı maksimum dərəcədə dəstəkləyir. ABŞ İranın daxilində də müəyyən proseslərin başlanılması üçün hərəkətə keçib. Bunun üçün ABŞ Xuzistan vilayətində, Əhvaz şəhərində və ərəblərin çox yaşadığı digər bölgələrdə müxtəlif etnoslarla baş verən qarşıdurmalardan istifadə edə bilər. Bu etnik, sosial və məzhəbsəl faktordan qidalanan müxtəlif qarşıdurmaların başlanmasına ABŞ maksimum dərəcədə dəstək verəcək. Bir sözlə, yaxın zamanlarda İrana qarşı həmlələrin sayı artacaq”.

Tarix
2018.05.17 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla