Yuxarı

Müxalif düşərgədə qalmaqal: qranta görə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Milli, Xədicə İsmayıl, Cəmil Həsənli və digər bu tip insanların fəaliyyətinin əsasını qrantlar təşkil edir.

Bu sözləri Publika.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli radikal müxalifətin qrant bölgüsünə görə bir-birinə qarşı çıxmasını şərh edərkən deyib.

E.Mirzəbəyli qeyd edib ki, bu tip insanların fəaliyyətinə xas xüsusiyyətlərdən biri ictimaiyyətin gözü önündə bir-birinə qarşı çıxmaq, bəyənməmək və bu növ davranışlardır:

"Onlar ayrı-ayrı xarici ölkələrin sifarişlərini yerinə yetirməklə müəyyən vəsaitə sahibləniblər və həyatlarını da bu aspektin üzərində qurublar. Onların arasındakı qrant davası da yeni bir hadisə deyil. Bundan daha öncə də mütəmadi olaraq oxşar ittihamlara rast gəlmişik. Bu ittihamların da səngiyəcəyini düşünmürəm. Çünki faktiki olaraq deqradasiyaya uğrayan insanlar öz dövlətinin maraqlarını hansısa vəsait hesabına xarici ölkələrə satan, Azərbaycan haqqında mənfi rəylər yayan, ölkədə şər-böhtan kampaniyası aparan, öz məsləkdaşlarını, hətta birlikdə yol getdiyi insanları yarı yolda qoyanlardan bundan daha artığını gözləmək mümkün deyil".

BAXCP sədrinin müavini qeyd edib ki, bütün bu proseslər prezident seçkilərindən öncə Azərbaycana və seçkilərə qarşı aparılan kampaniyanın əsasında nəyin və kimlərin dayandığını sübuta yetirdi.

"Həmçinin, bu fakt bir daha sübuta yetirdi ki, seçki prosesindəki aqressiv söyüş kampaniyasının kökündə Azərbaycanda prezident seçkilərinin növbədənkənar keçirilməsi və vəd olunan qrantların bu qrupun əlindən çıxması olub. Nəticə də göz qabağındadır. Deqradasiyaya uğrayan bir qrup haqqında bundan əlavə söz demək mümkün deyil. Onsuz da onlar mahiyyət etibarilə öz fəaliyyətlərini ifşa edirlər”, - deyə o bildirib.

Qeyd edək ki, radikal müxalifətlə "5-ci kalon" xarici qrantların bölüşdürülməsinə görə sosial şəbəkələrdə bir-birinə qarşı ağır ittihamlar irəli sürüblər.

Tarix
2018.05.17 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla