Yuxarı

Nazirliyin Zaqataladakı əməliyyatı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin Zaqataladakı əməliyyatı - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş atışma ilə bağlı birgə məlumat yayıblar.

Cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində "VAZ-2107" markalı avtomobildən "Hyundai Elantra" markalı avtomobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü - Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb.

Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb.

"İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar.

Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb.

Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq, Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb.

Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2013.11.28 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla