Yuxarı

Hüseynqulu Bağırovdan ağac kəsən şirkətə fantastik cərimə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseynqulu Bağırovdan ağac kəsən şirkətə fantastik cərimə

Avqustun 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətti"nə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin "Miraj" korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.

Faktla bağlı "Miraj" korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tarix
2014.08.26 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla