Yuxarı

Prezident şeyxi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident şeyxi təbrik etdi

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Şeyx həzrətləri!

Sizi – tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə gənc nəslin islam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirə layiqdir.

Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir.

Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir.

Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz.

Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz".

Tarix
2014.08.26 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla