Yuxarı

Nalbandyan Ərdoğana gizli məktub aparır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nalbandyan Ərdoğana gizli məktub aparır

Ərdoğanın inauqurasiya mərasiminə qatılması üçün ilk dəfə Türkiyəyə gedəcək Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın səfəri barədə maraqlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, Nalbandyanın səfərində məqsəd təkcə mərasimdə iştirak etmək yox, həm də Sərkisyanın məktubunu Ərdoğana çatdırmaqdır.

Yayılan məlumatlara görə, Nalbandyan Sərkisyanın Türkiyə prezidentini 24 aprel 2015-ci ildə İrəvanda keçiriləcək mərasimə dəvət edən məktubunu da Ərdoğana verəcək.

Bundan əlavə, Türkiyə mətbuatında Azərbaycanı maraqlandıracaq daha bir xəbər yer alıb. Hökumətə yaxın olan qaynaqlardan mediaya verilən məlumata görə, Ərdoğan tərəfindən Nalbandyana "İki ölkə arasındakı əlaqələrin normallaşması üçün şərtsiz dialoqlara başlanılması və imzalanan protokolların "soyuducu"dan çıxarılmasının vacib olduğu" mesajının veriləcəyi gözlənilir.

Nalbandyanın Xarici İşlər naziri ilə də görüşü gözlənilir. Lakin Nazirlər Kabineti hələ formalaşmadığı üçün Nalbandyanla kimin görüşəcəyi hələlik məlum deyil.

Baş nazir vəzifəsini idarə edən Əhməd Davudoğlunun Nalbandyanla görüşməsi planlaşdırılmayıb. Əgər belə olsaydı, bu barədə mətbuata məlumat verilərdi.

Xatırladaq ki, Nalbandyan sonuncu dəfə Türkiyəyə Dünya Kuboku seçmə oyunları çərçivəsində Bursada keçirilən Türkiyə-Ermənistan matçına qatılmaq və 2008-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) konfransında iştirak etmək üçün gedib.

Tarix
2014.08.27 / 12:59
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla