Yuxarı

Azərbaycan səfiri ABŞ-da Prokurorluğa getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səfiri ABŞ-da Prokurorluğa getdi

"ABŞ-dakı səfirimiz Masaçusets ştatının prokurorluğunda olub".

Axar.az xəbər verir ki, bu sözləri XİN mətbuat xidmətinin rəhbəri Elman abdullayev ABŞ-da 3 il öncə itkin düşən Azərbaycan vətəndaşı Evelin Vəlibəyova haqqında danışarkən deyib.

Nazirlik rəsmisi itkin düşən vətəndaşımız barədə ABŞ-dakı səfiliyimizin daima maraqlandığını bildirib:

"Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov itkin düşən vətəndaşımız Evelin Vəlibəyovanın istintaqı ilə maraqlanmaq üçün Masaçusets ştatının prokurorluğunda olub. Prokurorluqdan bildirilib ki, cinayətlə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb".

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Evelin Vəlibəyova 2011-ci ildə ABŞ-ın Boston şəhərində yoxa çıxıb. ABŞ polisi uzun müddət onun axtarışlarını aparsa da, tapa bilməyib və İnterpola müraciət etmək məcburiyyətində qalıb.

O, Kembricdə "Area 4" restoranında işləyirmiş. İyulun 16-da evdən çıxıb və geri qayıtmayıb.

Tarix
2014.08.28 / 13:36
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla