Yuxarı

Növbəti "Maydan" Ermənistanda olacaq - Hesabat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti "Maydan" Ermənistanda olacaq - Hesabat

Beynəlxalq Jurnalistlər Araşdırması Mərkəzi Ermənistanla bağlı növbəti hesabat hazırlayıb.

Avropa.info xəbər verir ki, hesabat Ermənistanın son zamanlar yürütdüyü siyasətə həsr olunub.

Qurumun bildirdiyinə görə, Ermənistanda son zamanlar baş verən hadisələr növbəti "Maydan"ın İrəvanda yaşanacağına dəlalət etməkdədir:

"ABŞ və Qərb Sarkisiyanın prezidentlik məsələsini dəstəkləmək məsələsində uzun müddət tərəddüd etdi, onlar seçim arasında qalaraq müxalifətə, yoxsa Sarkisiyana dəstək verib verməyəcəyini aydınlaşdıra bilməmişdilər. Qərb bir müddət elə zənn edirdi ki, Sarkisiyan Rusiyaya qarşı loyal münasibət göstərərək Avropa ilə münasibətləri normallaşdıracaq. Amma Qərb istədiyini Sarkisiyandan ala bilmədi, nəticədə ABŞ və qərbin planlarında dəyişiklik baş verdi. Qərb artıq açıq formada Ermənistanda dəyişikliklər baş verməsi üçün addımlar atmağa başlayıb.

Artıq ABŞ və Qərbin bir sıra qurumları Ermənistanda müxalifət və QHT-lərə ayırdıqları maliyəni dəfələrlə artırıb. Ermənistanda olan müxalifət partiyaları və QHT-lər son bir ildə Qərbdən aldıqları qrantın məbləği son on ildə aldıqları məbləğdən çoxdur. Jurnalist qurumunun hesabatında qeyd olunub ki, Ermənistan müxalifəti və QHT-ləri son dövrlər münasibətlərini daha da yaxınlaşdırıblar. Bu qurumlar hazırda insanları küçələrə çıxarmaq üçün müxtəlif plan və variantları müzakirə edir".

Tarix
2014.08.28 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla