Yuxarı

“Türkman” radisounun rəhbəri Axar.az-a İŞİD-dən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkman” radisounun rəhbəri Axar.az-a İŞİD-dən danışdı

"Ərbildə vəziyyət yaxşıdır. Kərkük şəhərində də İŞİD qüvvələri yoxdur. Artıq ordu Mosula doğru irəliləyir. Mosulun Ənzala və Zummar bölgələri terrorçulardan xilas edilib".

Bunu Axar.az-a İraqın Ərbil şəhərində "Türkman Reform" radiosunun rəhbəri Riyaz Dəmirçi son vəziyyətlə bağlı danışarkən dedi.

Onun sözlərinə görə, peşmərgə Mosulun 15 kəndini İŞİD qüvvələrindən azad edib: "Mosuldakı insanlar İŞİD-in əlindən beziblər. Onlar öz "qanunlar"ını tətbiq edirlər. Məsələn, siqaret satmaq qadağandır, dükanda qadın geyimini qadın satmalıdır".

R.Dəmirçinin sözlərinə görə, İŞİD ticarətdə süni bahalıq yaradan şəxsləri cəzalandırır: "Kim olduğu qiymətdən bahasına malını satırsa, ona 80 şallaq vurulur".

Qeyd edək ki, İŞİD qüvvələri Suriyada Əsəd ordusu ilə döyüşlərdə uğursuzluqdan sonra İraqa girib. Terroristlərin işğal etdiyi bir çox ərazilər azad edilsə də, Mosul hələ də onların nəzarətindədir.

Tarix
2014.08.29 / 13:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla