Yuxarı

Rüstəm İbrahimbəyov MŞ sədrliyindən istefa verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dramaturq bunula artıq quruma xüsusi məktub da göndərib

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov tutduğu bu postan istefa verir. Bu barədə "Azadlıq" qəzetinə İbrahimbəyovun özü məlumat verib.

Milli Şuranın dekabrın 3-nə təyin olunan sessiyası ilə bağlı əməkdaşımızın suallarını cavablandırarkən R.İbrahimbəyov deyib ki, o, qurumun sədrlik institunun saxlanmasına tərəfdardır və bu posta Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlini təklif edir.

R.İbrahimbəyov təklifini artıq yazılı şəkildə Milli Şuraya göndərdiyini bildirib: "Mən təkilfimi Bakıya, Milli Şuranın sessiyasına göndərmişəm. Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir. Doğrudur, bizim qərarların qəbulu və başqa məsələlərlə bağlı məsləhətləşmək imkanımız var və məsləhətləşirik. lakin elə vəziyyətlər yaranır ki, yerində qərar vermək lazım gəlir, mənimlə əlaqə isə texniki səbəblərdən hər zaman alınmır. Bu baxımdan da Milli Şuranın üzvlüyündə qalmaq və içində fəal iştirak etməklə sədrlikdən getmək qərarına gəlmişəm".

İbrahimbəyov bununla bağlı Cəmil Həsənli ilə danışdığını da bildirib: "Cəmil bəy buna razılıq vermirdi. O, həmsədrlik institunun yaradılması ilə də razılaşmırdı, mənim sədrliyim altında fəaliyyət göstərmək mövqeyində idi. Amma danışıqlarımızın sonunda mənə elə gəlir ki, Cəmil bəy təklifimlə razılaşdı".

Rüstəm İbrahimbəyov yalnız sədrlikdən istefa vermək istədiyini, mövqeyində qaldığını və Milli Şuranın işində fəal iştirak edəcəyini təkrar vurğulayıb və bildirib ki, bütün hallarda son qərarı Şura üzvləri sessiyada verəcəklər. O, sadəcə təklifini göndərib və sədrliyə Cəmil Həsənlinin namizədliyini əsaslandırmalarla təklif edib. Hansı qərarın qəbul olunacağı isə Milli Şuranın üzvlərindən asılıdır.

Musavat.com bildirir ki, bu məsələ - Milli Şurada tək sədrlik, yoxsa həmsədrlik nifaq almasına dönüb. Bu məsələdə qurumun təsisçiləri arasında fikir ayrılığının olması səbəbindən Milli Şura parçalanmaq ərəfəsində gəlib. Rüstəm İbrahimbəyovun bu addımı əslində parçalanacağı yəqin kimi görünən Milli Şuranı xilas etməyə hesablanıb.

Musavat.com-un müxbiri onu da aydınlaşdırıb ki, 28 noyabrda professor Cəmil Həsənli Müsavat Partiyasının qərargahında İsa Qəmbərlə görüşüb. Tamamilə mümkündür ki, görüşdə bu mövzu da müzakirə edilib. Çünki Müsavat Partiyası MŞ-da həmsədrliyə qarşıdır və Cəmil Həsənlinin tək sədr olması ideyasını dəstəkləyir.

Tarix
2013.11.28 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla