Yuxarı

Bakı İrəvanı buna məcbur edir – Kreml səssiz qalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistana verdiyi son dərs işğalçını regiondakı mövcud reallıqlarla hesablaşmağa məcbur edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun Naxçıvandakı uğuru birmənalı olaraq regionda hərbi-siyasi vəziyyətin dəyişməsindən xəbər verir:

“Ötən dövrdə hərbi-siyasi vəziyyət buna imkan vermirdi. Burada müxtəlif amillər, o cümlədən regional ölkələrin maraqlarını da ön plana çəkmək lazımdır. Ermənistan həmişə Rusiyanın arxasında gizlənir və müxtəlif vasitələrlə Azərbaycanla olan əməliyyatlara Rusiyanı da qatmağa çalışırdı. İrəvan bu mənada Rusiyadan informasiya və ya siyasi dəstək almağı bacarırdı. Ancaq düşmən bu dəfə umduğunu Rusiyadan ala bilmədi. O üzdən Ermənistan rəhbərliyi özünü elə apardı ki, guya heç nə baş vermir. Bu o deməkdir ki, Ermənistan da artıq vəziyyətin dəyişdiyini anlayır. Azərbaycan bu vəziyyətdən maksimum istifadə edərək Ermənistana öz hərbi gücünü nümayiş etdirir”.

Politoloq bildirib ki, bu fonda Azərbaycanın Belarus, İsrail və Rusiyadan yeni təyinatlı hərbi sursatların alınması istiqamətində apardığı son danışıqlar Ermənistana ciddi mesajdır:

“Bütün hallarda Ermənistan çox aciz bir duruma düşüb. Diqqət çəkən məqam isə Rusiyanın da bunda maraqlı olmasıdır. Azərbaycanla Rusiyanın maraqları bu məsələdə üst-üstə düşür. Son vaxtlar Ermənistanın siyasi rəhbərliyi müəmmalı bəyanatlarla çıxış edir, qondarma Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürür. Bu, Rusiyanı da qane etmir, çünki indiki danışıqlar prosesinin məntiqinə ziddir. Putin danışıqlar prosesinin Moskvanın maraqlarının əleyhinə inkişaf etməsinə imkan verməz. Bu təklif Rusiyanın istəyindən kənarda səsləndiyindən, Moskva İrəvanın hazırkı özfəaliyyətindən narahatdır. Ona görə də Azərbaycanın Ermənistana hərbi-siyasi təzyiqi Rusiya tərəfindən narazılıqla qarşılanmadı. Bütün bunlar isə danışıqlar prosesinin intensivləşdirilməsini zəruri edir. Ermənistanın yeni rəhbərliyi artıq ortaya konkret mövqe qoymalıdır”.

Ekspert hesab edir ki, Azərbaycanın işğalçıya təzyiqi Ermənistanı öz mövqeyində korrektələr etməyə və danışıqlarda real təkliflərlə çıxış etməyə məcbur edir:

“Əgər yaxın vaxtlarda danışıqlar prosesi başlasa, ermənilər son proseslərdən lazımı nəticə çıxaracaqlar”.

Tarix
2018.06.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla