Yuxarı

Tramp yolu açır: İndi bu ölkəyə hərbi müdaxilə daha realdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurun Sentosa adasında yerləşən “Kapella” mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen İn arasında tarixi görüş keçirilib.

Bu görüşün nəticələri ilə bağlı politoloq Şahin Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Sinqapurda Donald Trampla Kim Çen arasında keçirilən görüşdən sonra Şimali Koreya dünyaya açılacaqmı?

- Şimali Koreyanın dünyaya açılmasından danışmaq hələ tezdir. Tramp-Kim görüşü ilk addımdır və bunun davamı gəlməlidir ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi praktik olaraq başlasın. Şimali Koreya ABŞ-ın təhlükəsizlik qarantiyasının əvəzində nüvə silahından imtina etməyə razılaşıb. Lakin tərəflər arasında imzalanan sənəd mahiyyət etibarilə deklarativ bir sənəddir və qarşıda çox çətin mərhələ var. Bu sənəddəki ümumi müddəalara uyğun konkret razılaşmalar əldə olunmalı və həyata keçirilməlidir. Nüvə tərksilahı çox mürəkkəb məsələdir və illərlə davam edəcək uzun prosesdir. Anlaşmalar etibarlı, möhkəm olmasa və tərəflərin bir-birinə etimadı yaranmasa, proses hər an yarıda kəsilə bilər. Nüvə tərksilahı barədə konkret razılıqlar əldə olunmadan və praktik addımlar atılmadan ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək. Sanksiyalar ləğv olunmadan isə Şimali Koreyanın dünyaya açılmasından danışmaq mümkün deyil. Düzdür, Şimali Koreya artıq diplomatik təcriddən çıxmaq istiqamətində real addımlar atır və Tramp-Kim zirvəsi də bu baxımdan çox mühüm, tarixi addımdır.

- Şimali Koreyanın idarəetmə sistemində dəyişikliklər olacaqmı?

- Yaxın gələcəkdə Şimali Koreyanın idarəetmə sisteminin dəyişməsini gözləməyə dəyməz. Bu ölkənin birdən-birə demokratik islahatlara başlayacağını düşünmək çox utopik fikir olardı. Lakin tədricən ölkə dünyaya açıldıqca, başda Cənubi Koreya olmaqla, region və dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələr inkişaf etdikcə, rejimin müəyyən qədər yumşalması mümkündür. Cənubi Koreya ilə sərhədlər açıldıqdan və kütləvi gediş-gəliş başladıqdan sonra bunun Şimali Koreyanın içərisinə təsirləri qaçılmaz olacaq. Gələcəkdə iki Koreyanın vahid dövlətdə birləşməsi istisna deyil. Əgər birləşmə baş tutarsa, o zaman Cənubdakı sistem əsas götürüləcək və vahid Koreya demokratik dövlət olacaq. Amma bu, uzunmüddətli prosesdir.

- Bu görüşün nəticələri beynəlxalq aləmə necə təsir edəcək?

- Tramp-Kim görüşü şübhəsiz ki, Koreya yarımadasında və bütövlükdə Asiya-Sakit okean regionunda gərginliyin azaldılmasına ciddi təsir göstərəcək. Son aylara qədər bu bölgədə dağıdıcı müharibə riski artmışdı. Ehtimal olunan müharibədə yüz minlərlə, hətta milyonlarla insanın öləcəyi proqnozlaşdırılırdı. İndi bu qorxunc ssenari aradan qalxır, düşmənçiliyin yerini sülh və əməkdaşlıq alır. Artıq ABŞ regionda hərbi təlimlərini dayandırdığını açıqlayıb. Şimali Koreya isə öz növbəsində nüvə və raket sınaqlarını dayandırdığını elan edib. Yəni artıq ilk nəticələr var. Sülhün bərqərar olmasında bölgənin ən nəhəng dövləti Çin də maraqlıdır. Çünki bu konfliktə görə ABŞ Cənubi Koreyada öz hərbi qruplaşmasını gücləndirib, orada raket hücumundan müdafiə sistemləri qurub. Bu sistemlər Çin səmasını da nəzarətdə saxlayır. Çin maraqlıdır ki, onun sərhədlərində ABŞ-ın hərbi mövcudiyyəti azalsın, hətta ABŞ öz ordusunu Cənubi Koreyadan çıxarsın. Sülh prosesi sürətləndikcə, bu məsələ də gündəmə gələcək.

- Tramp seçkiqabağı kampaniyasında verdiyi sözləri yerinə yetirməkdə davam edir. Bundan sonra onun hansı addımları atması gözlənilir?

- ABŞ-ın milli təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olan Şimali Koreya problemini həll etməsi şübhəsiz ki, Trampın tarixi nailiyyətidir. Əgər proses uğurla nəticələnərsə, onun adı Koreya yarımadasına sülh gətirən lider kimi tarixə düşəcək. Aydındır ki, Tramp ölkə daxilində öz təbliğatında bu faktdan yararlanmağa çalışacaq, “məndən əvvəlki prezidentlər bu problemi həll edə bilmədilər, amma mən həll etdim” deyə qürurlanacaq. Bu, ola bilsin Tramp üçün böyük reytinq xalları qazandırmasın, amma ən azından öz seçicilərini məmnun etməsi, onları növbəti seçkilər ərəfəsində öz ətrafında səfərbər etməsi baxımından müsbət təsirləri mümkündür. Trampın xarici siyasətdə əsas diqqəti Şimali Koreya ilə bərabər həm də İrana yönəlmişdi. İndi İran məsələsi daha çox ön plana çıxacaq. Tramp İranla yeni nüvə anlaşması imzalamaq istəyir, Tehran isə hələ ki bunu rədd edir. Ona görə də, İrana qarşı da Şimali Koreya ssenarisinin həyata keçiriləcəyini gözləmək olar. Əvvəlcə bu ölkəyə qarşı sanksiya rejimi ağırlaşdırılacaq, paralel olaraq ABŞ Fars Körfəzində hərbi güc nümayiş etdirəcək. İran masaya oturmağa razı olmasa, o zaman hərbi güc tətbiqi gündəmə gələcək.

Tarix
2018.06.13 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla