Yuxarı

Litva səfirimiz səfər qalmaqalından danışdı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litva səfirimiz səfər qalmaqalından danışdı – Özəl

"Ermənistan tərəfi bir daha ucuz şou düzəldir. Onlar hesab edirlər ki, bununla Litva ictimaiyyətini aldatmağa nail ola biləcəklər. Amma hər dəfə ermənilərin atdığı addımlar əks-reaksiya verir".

Bu sözləri Axar.az-a Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə litvalı deputat Dalya Kuoditenin Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.

Səfir qeyd edib ki, deputatın separatçı rejim üzvləri ilə görüşməsi, ümumilikdə bu hadisə Litva Xarici İşlər Nazirliyi və Seym (parlament) rəhbərlərinin qəzəbinə səbəb olub:

"Onlar istəməyərək Litva ictimaiyyətinin diqqətini yenidən Azərbaycanın işğal olunmuş ərazilərinə yönəldiblər. Artıq iki gündür ki, Litva telekanallarında, mətbuatında ölkəmizi müdafiə edən reportajlar, məqalələr efirə verilir".

Qeyd edək ki, litvalı deputat sentyabrın 1-də Azərbaycan XİN-in rəsmi razılığı olmadan işğal altındakı torpaqlarımıza - Dağlıq Qarabağa səfər edib.

Tarix
2014.09.02 / 15:36
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla