Yuxarı

Putinin Naxçıvan əməliyyatına və TANAP-a - Reaksiyası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin TANAP-dan və Naxçıvan əməliyyatından narahat deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bugünkü görüşündə Azərbaycan prezidentinin avqustun 30-da Rusiyaya rəsmi səfərinə hazırlaşdıqlarını vurğulayıb:

“Belə anlaşılır ki, Azərbaycan prezidentinin Rusiyaya səfər tarixi bugünkü görüşdən əvvəl razılaşdırılıb. Görəsən görüş tarixi niyə 30 avqust seçilib? Bunun səbəbi həm də o ola bilər ki, Rusiyada futbol çempionatı 1 ay çəkəcək və bu müddətdə Putin ciddi mövzularla bağlı geniş müzakirələr aparmaq istəmir. O da bir az dincəlmək və çempionatdan həzz almaq istəyir”.

Politoloq bildirib ki, Putin iqtisadi əlaqələrimizin yüksək templə inkişaf etdiyini xüsusi qeyd edib:

"Maraqlısı budur ki, Putin bu sözləri Azərbaycan qazını Avropaya çatdıracaq TANAP layihəsinin Türkiyədə açılış mərasimi olandan 1 gün sonra deyib. Başqa sözlə, Putin Rusiyadan yan keçən və alternativ qaz mənbəyini Avropaya çatdıracaq layihəyə etiraz etmir. Putin nitqində siyasi məsələlərdə vəziyyətin sabit olduğunu da deyib. Bu o deməkdir ki, onun Azərbaycandan narahatlığı yoxdur. Eyni sözləri Ermənistana şamil etmək çətindir. Putin Ermənistanın hansı yolla gedəcəyinə qəti əmin deyil".

Politoloq vurğulayıb ki, Putinin Azərbaycanın ünvanına isti sözlərinə rəğmən, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv yanaşma ortaya qoyacağını gözləmək əbəsdir:

"İndiki halda bu mümkün də deyil. Yetər ki, işimizə qarışmasınlar. Neçə ki, Azərbaycan ordusunun Naxçıvanda əraziləri işğaldan təmizləməsini görməzlikdən gəldilər. Bizə də elə bu lazımdır".

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlahm Əliyev arasında görüş keçirilib.

Tarix
2018.06.14 / 00:04
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla