Yuxarı

Əliyevin çıxışından sonra bir dəyişiklik edirəm - Akıncı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident Əliyevin çıxışını dinlədikdən sonra mən öz çıxışımda kiçik bir dəyişiklik edirəm. Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın qardaşlığından çox gözəl bəhs etdi.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr xalqının lideri Mustafa Akıncı Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

Akıncı TANAP-ın əhəmiyyətindən danışaraq bu cür nəhəng layihələrin Türkiyə ərazisindən keçməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verdiyini bildirərək deyib:

"Mən də deyirəm ki, daha bir qardaşınız var: Şimali Kipr xalqı. Türkiyədə və Azərbaycanda bir faciə olduqda Şimali Kiprdə yaşayan qardaşlarınız bu ağrını sizin kimi ürəklərində hiss edirlər. Bir sevinc olduqda sizinlə birlikdə sevinirlər. Buna görə bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm olan bu gözəl tarixi tədbirdə Sizinlə birlikdə olmaqdan duyduğum xoşbəxtliyi ifadə etmək istəyirəm. Bu gözəl tədbirin Türkiyəyə və Azərbaycana, bütün insanlığa xeyirli olmasını diləyirəm.

İnanıram ki, TANAP layihəsi zamanımızın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək".

Tarix
2018.06.14 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla