Ana səhifə Gündəm |
TANAP-ın reallaşması Türkiyə və Azərbaycan birgə iqtisadi uğurudur.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat layihənin Azərbaycanla yanaşı, Avropa dövlətləri üçün də önəmini xüsusilə qeyd edib:
“TANAP 2020-ci ildə tam istifadəyə verilən zaman bu kəmər vasitəsilə 31 milyard kub metrə yaxın qaz ixrac olunacaq. Cənub Qaz Dəhlizinin dörd əsas hissəsindən biri olan TANAP siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Trans-Anadolu Qaz Boru Kəmərinin istismara verilməsi qonşu və tərəfdaş üçün yaxşı imkanlar yaradır. Bilirsiniz ki, TANAP özündə yeddi ölkəni və bir sıra şirkətləri birləşdirir. Bu isə Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görməyə imkan verir”.
Millət vəkili layihənin siyasi tərəfinə diqqət çəkib:
“Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzaladı. Tarixi hadisə olan TANAP da 21-ci əsrin müqaviləsi hesab oluna bilər. Layihədə maraqlı olan tərəfdaş ölkələr bölgədə enerji maraqları ilə yanaşı, sabitlik və təhlükəsizlikdə də maraqlıdırlar”.
Tarix
2018.06.14 / 08:00
|
Müəllif
Aygün Yusibova
|