Yuxarı

Sərkisyanın Qarabağa gəlmə səbəbi: Saakyan nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranmış yeni şəraitdə qondarma rejimin maraqlarını danışıqlar prosesində kimin təmsil edəcəyi hələ də dəqiq bilinmir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan Prezidenti Armen Sərkisyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu səfərin əsas məqsədi Paşinyanın qondarma rejimin danışıqlar masasında tərəf kimi çıxış etməsi təklifinin müzakirəsini aparmaqdır:

“Çox güman ki, bu təkliflər təkcə Ermənistan rəhbərliyindən deyil, qondarma rejimin separatçıları tərəfindən də irəli sürülür. Separatçıları danışıqlar prosesində əvvəllər Sərkisyan və onun komandası təmsil edirdi. Onlar Qarabağ klanının nümayəndələri idi. Artıq Qarabağ klanı hakimiyyətdən devrilib. Bu klanının hakimiyyətdə qalan üzvlərinə qarşı da mübarizə aparılır. Ona görə də Saakyan onu təmsil edən etibarlı adamlar, müəyyən qrup olmasını istəyir. Ola bilsin ki, bu görüşdə onu təmsil edəcək qrupun parametrləri ilə bağlı fikir mübadiləsi aparılıb”.

Politoloq vurğulayıb ki, qondarma rejimin tərəf kimi danışıqlara qoşulması mümkün deyil:

“Azərbaycan tərəfi Paşinyanın bu provokativ bəyanatlarını ciddiyə almayacaq. Danışıqlar prosesinə qondarma rejimin tərəf kimi qatılmasının mümkün olmadığını Ermənistan tərəfi də yaxşı dərk edir”.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sərkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Tarix
2018.06.14 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla