Yuxarı

Tiflisin TANAP-a qarşı biganəliyinin – Pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ərazisindən keçərək Avropaya qaz daşıyacaq Cənub Qaz Dəhlizi boru kəməri Avropanın qaz təchizatının şaxələndirilməsində öz sözünü deyəcək əsrin nəhəng enerji layihəsidir.

Bu sözləri Axar.az-a Gürcüstan hökumətinin TANAP-a qarşı biganə qalması haqda danışarkən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, gürcü hökumətinin rəhbərliyinin TANAP-ın açılış mərasimində iştirak etməməsi gürcü ağlının və gürcü istəyinin nəticəsi deyil:

“Bu boru kəmərinin Gürcüstan üzərindən çəkilməsi gürcü hökumətinin razılığı ilə baş tutub. Bu gün Gürcüstanda ictimai-siyasi durum bir o qədər də sabit deyil. Belə bir vəziyyətdə gürcü hökumətinin TANAP-a qarşı bu qədər biganə qalmasının başqa kökləri var. Müstəqillik dövründə Azərbaycanın regional enerji və nəqliyyat layihələrinə bütün qısqanclıqlar şimaldan gəlib və bundan sonra da oradan gəlməkdə davam edəcək. Rusiya hər hansı bir məsələdə öz maraqlarını qorumağa qalxırsa, o hökmən həmin məsələ ətrafında intriqa yaradır və çox vaxt da bu yolla istəyinə nail olur. Beynəlxalq aləmdə intriqalar yaratmaqla ölkəsinin maraqlarını təmin etmək bu dövlətin xarici siyasətinin əsas taktiki gedişlərindən biridir”.

İqtisadçı gürcü hökumətinin TANAP layihəsinə bəslədiyi indiki münasibətdə Rusiyanın payının olduğunu düşünür:

“Əgər Rusiya illərdir müdafiə etdiyi Əsəd rejimini Gürcüstan ərazisində yaratdığı qondarma dövlətləri tanımağa məcbur edirsə, bu artıq çox mətləblərdən xəbər verir. Ən azından Gürcüstan dostluq etdiyi Avropanın qaz təchizatının şaxələndirilməsi layihəsinə belə ögey münasibət bəsləməməli idi. Deməli, Gürcüstanda son günlər yaranmış gərginliklər fonunda Rusiya gürcü hökumətini belə addım atmağa məcbur edə bilib”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili TANAP-ın açılış mərasiminə dəvət edilsə də, gəlməyib. Gürcüstan mərasimdə səfir İrakli Koplatadze ilə təmsil olunub.

Tarix
2018.06.16 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla