Yuxarı

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri gəzib və sakinləri ziyarət edib.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva görüşdə Ramazan bayramı günlərində seçiciləri ilə bir yerdə olmaq istədiyini bildirib və onların qayğılarını dinləyib. Bir çox xəstəni ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb.

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.
Qənirə Paşayeva sakinlərə bayram hədiyyələri də təqdim edib.

Tarix
2018.06.17 / 12:40
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla