Yuxarı

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə torpaqlarının alğı-satqı proseduruna dair tələblər müəyyənləşib.

Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.

Beləliklə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alğı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir. Notarius əmlakın nisyə alğı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir.

Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alğı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. Nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir.

Tarix
2018.06.17 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla