Yuxarı

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“POLONEZ” sistemlərinin Azərbaycana satışı məsələsində Belarusun reaksiyası Ermənistanı qane etmir.

Publika.az xəbər verir ki, bu haqda ənənəvi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

“Belarus tərəfiylə ictimai və qeyri-kütləvi iş aparılır. Belarusun indiyə kimi verdiyi reaksiyalar bizi təmin etməyib”, - Balayan deyib.

Onun sözlərinə görə, onlar müxtəlif diplomatik səviyyələrdə və istiqamətlərdə işləməyə davam edirlər.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün əvvəl Belarusun İrəvandakı səfiri İqor Nazarukla görüşdə Minskın Azərbaycana satdığı silahlarla bağlı narahatlığını ifadə edib.

Xatirladaq ki, ötən həftə Azərbaycan Ordusunun arsenalına daxil edilən 301 mm-lik “POLONEZ”lər və “LORA” sistemləri nümayiş etdirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

“POLONEZ” Belarus, “LORA” isə İsrail istehsalıdır. Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını genişləndirir.

“POLONEZ” öz taktik-texniki xarakteristikalarına görə özünün Rusiya analoqlarını üstələyir. Xüsusi halda, həminki “Smerç”ın atış məsafəsi 90 kilometrə bərabər olduğu halda, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir.

Tarix
2018.06.18 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla