Yuxarı

Başçı şortikli qızdan danışdı: Onların qeyrəti varsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.

Axar.az-ın xəbərinə görə, bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev İnterpress.az-a açıqlamasında bildirib.

İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid edib: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya gələn ərəblərin şəhərin mərkəzində elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib, gərək onu sözlə başa salasan. Daha onun üstünə getmək nədir?”

Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq etdiyini vurğulayıb: “Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb geyinib. İndi hansı mağazaya gedirsən, onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onlar da müştərini razı yola salmalıdır”.

“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz”, - deyə Əhəd Abıyev qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb çevrilib.

Tarix
2018.06.19 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla