Yuxarı

Şortikə görə qızı təhqir edəni hansı cəza gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda şortik geyindiyi üçün oğlanın təzyiqinə məruz qalan gənc xanım məhkəmədə sözügedən şəxsə qarşı iddia qaldıra bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev söyləyib. O bildirib ki, qız mülki iddia qaldırmaq hüququna malikdir:

“Əslində, şortik geyinmək xanımın şəxsi həyatına aid məsələdir. Videodakı oğlanların həmin xanıma söylədikləri sözlər şəxsi həyata müdaxilə hesab olunur. Həmin şəxslərin cəzalandırması üçün xanım gərək özü müvafiq qurumlara müraciət etsin. Dövlət xanımın şikayəti olmadan birbaşa hər hansı bir tədbir görə bilməz.

Xanım həmin şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq, kompensasiya tələb edə bilər. Gördüyüm qədərilə, videodakı yaşlı xanım gənc qızın üstünə yeriyir. Amma orada xanımın gənc qıza qarşı zorakılıq hərəkətlərinin olub-olmaması dəqiqləşdirilməlidir. Doğrudan da gənc xanıma qarşı zorakılıq hərəkətləri olubsa, bu, xuliqanlıq kimi qiymətləndirilə bilər. İctimai yerdə zorakılığın tətbiqi cəmiyyətə hörmətsizlikdir”.

Hüquqşünas həmçinin bildirib ki, hüquq-mühafizə orqanları burda xırda xuliqanlıq faktını da araşdıra bilər:

“İnzibati qaydada həmin oğlanların hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Xırda xuliqanlıqda zor tətbiqi şərt deyil.

İnzibati Xətalar Məcəlləsində cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlər ayrıca qeyd olunub. Amma burada hər hansı həbsdən söhbət gedə bilməz. Yalnız maddi və digər alternativ cəzalar ola bilər”.

Qeyd edək ki, Bakı metrosunda gənc qız şortik geyinməsinə görə oğlanın hücumuna məruz qalıb. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə sərt tənqid olunub.

Tarix
2018.06.20 / 12:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla