Yuxarı

DİM sədri Şəkiyə gedir - Qəbul

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

DİM-dən Axar.az-a bildirilib ki, qəbul iyunun 28-də saat 10:00-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək.

Qəbulda Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonunun sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) doldurmaqla qeydiyyatdan keçmələri və ya qurumun Şəki regional bölməsinə müraciət etmələri xahiş olunur. Bununla yanaşı, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının təhsil şöbələrində iyunun 21-dən 27-nə kimi (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Tarix
2018.06.20 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla