Yuxarı

BMT: Bakı bu iztirab və çətinlikləri yaxşı anlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 iyun bütün dünyadakı qaçqınlarla həmrəyliyin ifadə edildiyi gündür. Bu il də dünyada qaçqınların sayı baxımından rekord göstəricinin şahidi olduq.

APA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə yekun nitqində deyib. O bildirib ki, bu il qaçqınların sayı 2,9 milyon nəfər artaraq 68,5 milyon nəfərə çatıb: “Münaqişə və təqiblərdən xilas olmaq üçün ölkələrini tərk etmiş qaçqınların sayı 25,4 milyon nəfərdir və onların çoxu yaşı 18-dən az olan yeniyetmələrdir. Öz ölkələri daxilində didərgin düşmüş insanlar ümumilikdə 40 milyondur və bunların arasında azərbaycanlı məcburi köçkünləri də var".

F.D.Angelis qeyd edib ki, Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır: "Mən Cocuq Mərcanlıya qayıdış münasibətilə hökuməti təbrik edir və arzu edirəm ki, bu qayıdış böyük qayıdışın əlaməti olsun”.

Azərbaycanın bura gələn qaçqınlar üçün təhlükəsiz yaşayış təmin edəcək ölkə olduğunu söyləyən BMT təmsilçisi Bakının qaçqınların himayə və rifahının təmin edilməsində göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib.

F.D.Angelis əlavə edib ki, qaçqınlar ölkələrin sosial-iqtisadi inkişafına fayda verə bilər: “Gəlin, qaçqınların mənfi çalarda təqdim edilməsi, tənəzzüllə əlaqələndirilməsi kimi bəsit düşüncələri rədd edək. Dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaq və heç kəs diqqətdən kənarda qalmasın. Qaçqınlar da inkişafdan bəhrələnməlidir”.

Tarix
2018.06.20 / 19:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla