Yuxarı

"Qəbələ"nin baş məşqçisi: Vaxtımız azdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburqun "Proqres" komandası barədə fikirlərini bölüşüb.

Report-un məlumatına görə, 38 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Proqres"in kifayət qədər ciddi rəqib olduğunu bildirib. O, şansları bərabər qiymətləndirib: "“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırmış Lüksemburq təmsilçisi kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırki durumda şanslar bərabərdir".

S.Qurbanov planlarını rəqibə görə quracaqlarını əlavə edib: "Proqres" barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdır. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.

Qeyd edək ki, "Qəbələ" "Proqres"lə ilk oyununu iyulun 12-də səfərdə. cavab görüşünü iyulun 19-da öz meydanında keçirəcək.

Tarix
2018.06.20 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla