Yuxarı

Əgər bu gün ABŞ Ərdoğana bu jesti edərsə... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin regionda F35 qırıcılarına sahib olması müdafiə baxımdan, eyni zamanda, hərbi potensialının gücü baxımından əhəmiyyətli bir hadisə ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, F-35-lər hərbi cəhətdən regionda lider olan Türkiyəni daha da gücləndirər:

"Amma başa düşə bilmirəm ki, İsrail bundan niyə narahat olur. Çünki Türkiyə ilə İsrailin arasında gələcəkdə hansısa qaynar konfliktlərin olması ehtimalı belə yoxdur. Bu qırıcılar çoxdan sifariş olunsa da, onların təslimi ilə bağlı problemlər yaşanmışdı. Mayın sonlarında ABŞ Konqresi illik müdafiə siyasətinin çərçivəsini tənzimləyən qanun layihəsini qəbul edib. Layihənin Konqresə təqdim olunan versiyasında müdafiə nazirindən Türkiyə ilə əlaqələrin vəziyyəti haqqında hesabat hazırlaması və bu hesabat hazırlanana qədər F-35 döyüş təyyarələrinin satışının təxirə alınması nəzərdə tutulur. Eyni zamanda, layihənin Senata təqdim olunan versiyası da var ki, müzakirə edildikdən və Senatda qəbul olunduqdan sonra layihənin hər iki versiyasının birgə müzakirə olunacağı gözlənilir. Bunun sonradan Prezidentin təsdiqinə göndərilməsi proseduru da var. Göründüyü kimi, məsələ o qədər də sadə deyil. ABŞ-Türkiyə münasibətlərində olan gərginlik səbəbindən bir çox güclər F35-lərin təslimatının vaxtının uzadılmasını, bu arada ortada olan anlaşılmazlıqlara aydınlıq gətirilməsini istəyirlər".

Ekspert vurğulayıb ki, Türkiyə ABŞ-ın hərbi sahədə ən böyük partyorlarından biridir və türk ordusu əksəriyyəti ABŞ istehsalı olmaqla, bütünlükdə NATO standartlı silahlarla təmin olunub:

"Belə bir halda Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri qurğularını alması ilə bağlı müqavilə imzalaması ABŞ-da ciddi narazılıq yaradıb. Məhz ona görə də qanun layihəsinin Türkiyəyə aid olan hissəsində S-400-lərin alınması ilə bağlı xüsusi bəndlər var və bu addımın iki ölkə arasında gərginliyin artmasına gətirib çıxaracağı bildirilir. Bununla bağlı ABŞ-da bu təyyarələrin Türkiyəyə verilməsini istəyən və istəməyən güclər mövcuddur. Amma mən əmin deyiləm ki, qırıcılar 21 iyunda Türkiyəyə təslim ediləcək. Hesab edirəm ki, bu məsələ bir az da uzanacaq və münasibətlərdə suların durulmasına qədər gedib çıxacaq".

Ekspert qeyd edib ki, istənilən halda Türkiyədəki prezident və parlament seçkilərinin nəticələrindən sonra bu məsələyə qayıdışın ola biləcəyinə inanır:

"Seçkiyə 3 gün qalmış F-35 lərin Türkiyəyə gətirilməsi Ərdoğan üçün çox güclü və rəqiblərini üstələyəcək bir təbliğat vasitəsinə çevirilər. Bu da o anlama gələr ki, seçkidə ABŞ Ərdoğanın qazanmasını istəyir. Əslində isə ABŞ və AB açıq deməsələr də, digər namizədin qələbə çalmasını istəyərdilər".

Qeyd edək ki, “Lokid Martin” şirkəti Türkiyəyə F-35 qırıcılarını elan olunan (sabah) tarixdə təslim ediləcəyini təsdiqləyib.

Tarix
2018.06.21 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla