Yuxarı

Bakı hərbi gücünü meydana çıxarır, Nikol isə rus qırıcısına minir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu paradın möhtəşəmliyini sözlə ifadə etmək mümkün olmayacaq. Nümayiş olunacaq parad indiyə qədərkilərdən fərqli olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O bildirib ki, bu il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı ən böyük hərbi parad keçiriləcək:

“Bu paradda nümayiş etdiriləcək silahlar içərisində elələri var ki, indiyə kimi heç vaxt paradlarda göstərilməyib. Amerika istehsalı olan Bell-412 helikopterləri ilk dəfə nümayiş etdiriləcək və bu texnika Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına bu yaxınlarda verilib. Bell-412 çox müasir texnikadır və ABŞ istehsalı olan döyüş helikopteridir. Parada ilk dəfə cəlb olunacaq texnikalar sırasında dəniz əməliyyatları üçün K-27 və Mİ-17 nəqliyyat helikopterləri də var. O cümlədən Mİ-24, Mİ-24C, Mİ-35 döyüş helikopterləri, İsraildən alınan yeni hərbi avadanlıq, Belarusdan alınan texnikanın da paradda nümayişi gözlənilir”.

Ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri indiyə qədər 4 hərbi parad keçirib:

“Çox güman ki, bütün paradlar içərisində ən yadda qalanı məhz bu olacaq. Çünki bu parad həm nümayiş etdiriləcək texnikanın sayına, həm dəvət olunmuş qonaqların miqyasına görə digərlərindən ciddi surətdə fərqlənir. Bildiyim qədər, paradda qardaş Türkiyədən, qonşu İrandan, əsas partnyorlarımızdan olan İsraildən, eyni zamanda Rusiyadan, Ukraynadan, Gürcüstandan və ümumiyyətlə, Azərbaycana isti münasibəti olan ölkələrdən nümayəndələrin iştirakı gözlənilir”.

Ekspert xatırladıb ki, bir neçə gündür Azərbaycan ordusu hərbi təlimlər də həyata keçirir:

“Ağır texnika, döyüş helikopteri və təyyarələrlə Bakı səmasında uçuşlar həyata keçirilir. Bundan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya məxsus Su-30SM tipli qırıcı təyyarədə şəkil çəkdirdi. Bu qırıcıdan Ermənistanda yoxdur. Yəni erməni tərəfi bu təyyarəni ala bilmək üçün hələ Rusiya ilə danışıqlar aparır. Paşinyan və dəstəsi çox təcrübəsiz adamlardır. Onların savadı və heç bir hərbi hazırlığı yoxdur”.

Ekspert qeyd edib ki, Ermənistanın ümid etdiyi yeganə hərbi qüvvə öz ərazisində olan Rusiya bazalarıdır:

“Amma onlar da Azərbaycan sərhədləri daxilində hər hansı bir prosesdə iştirak edə bilməz. İndi Azərbaycan Silahlı Qüvvələri də hər mənada tamam fərqlidir. Bu gün ordumuzun hazırlığı ən yüksək səviyyədədir. MSN-in hazırladığı silah-sursatlar və Azərbaycanın xaricdən aldığı hərbi texnikalar Ordumuzun gücünə güc qatır. Bu silahlar qarşısında Ermənistan acizdir. Bu gün bizim imkanlarımız kifayət qədər genişdir. Ordumuz həm şəxsi heyətin sayına, həm də silah-sursat və texnikasına görə Ermənistanı qat-qat üstələyir”.

Qeyd edək ki, iyunun 26-da Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə hərbi parad keçiriləcək.

Tarix
2018.06.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla