Yuxarı

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

F-35 qırıcılarının təhvil-təslim mərasimində türk nümayəndə heyətinin kifayət qədər aşağı vəzifəli şəxslərlə təmsil olunması ABŞ-ın qəbul etdiyi qərarlara görədir və dolayısı ilə adekvat bir addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, F-35-lər Türkiyəyə təslim edilməlidir:

“F-35-lərin Türkiyəyə verilməməsi kimi məsələnin müzakirəsi mümkün deyil. Çünki Türkiyə bu layihəyə ortaqdır. Təyyarələrin bir qisminin müəyyən detalları Türkiyədə hazırlanıb. ABŞ Senatının qəbul etdiyi qərar olduqca tərəfli və siyasi qərardır. Dolayısı ilə Türkiyəni bu proyektdən çıxarmaq proyektin özünü əngəlləmək deməkdir. F-35-lərin bu gün Türkiyəyə təslim edilməsi prosesi baş tutsa da, onların Türkiyə ərazisinə 2020-ci ildə gətiriləcəyi bildirilir”.

Ekspert vurğulayıb ki, Türkiyənin ABŞ-dakı tədbirdə aşağı səviyyədə iştirak etməsi normaldır:

“ABŞ-dan gözləntilər aşağı səviyyədə olduğu və Senatın qəbul etdiyi qərarlar çərçivəsində bu Türkiyə tərəfindən ABŞ-a diplomatik reaksiyadır”.

Ekspert bildirib ki, İsrailin bu məsələyə müdaxilə etməsi isə anlaşılmazdır:

“Çünki İsrailin bu məsələdə heç bir söz haqqı yoxdur. Təl-Əviv proyektdə yer almır və tərəf də deyil. İsrailin bu mövqeyi sadəcə Türkiyəyə qarşı ABŞ tərəfinə bir basqıdır. Yəni ABŞ-ı Türkiyəyə qarşı qızışdıraraq, Türkiyə ilə münasibətlərdə ABŞ-ın dəstəyini almağa çalışırlar”.

Qeyd edək ki, bu gün ABŞ-da F-35 qırıcıları Türkiyəyə təhvil veriləcək. Təhvil-təslim mərasimində iştirak edəcək türk nümayəndə heyəti artıq ABŞ-dadır. Ancaq türk nümayəndə heyətinin kifayət qədər aşağı vəzifəli şəxslərlə təmsil olunması diqqət çəkib.

Tədbirdə Türkiyə müdafiə naziri, müdafiə sənayesi müşaviri, Hərbi Hava Qüvvələri komandanı ilə təmsil olunmalı olsa da, onların yerinə müdafiə sənayesi müşavirinin köməkçisi Sərdar Dəmirəl və TSQ Baş Qərargahının Plan-Prinsiplər İdarəsindən general Reha Ufuk Ər göndərilib.

Tarix
2018.06.21 / 17:05
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla