Yuxarı

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2013-cü il tarixli qərarında yol verdiyi yanlışlığı aradan qaldırıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.

Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı, binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir. Bu halda ayla ulduz sağ tərəfə baxmalıdır.

"Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2013-cü il tarixli qərarına əsasən isə Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməli idi. Ancaq bu halda bayrağı yenidən üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların və ayla ulduzun yerləşməsi qaydalara uyğun gəlmir. Bu qaydada asılmış bayraq saat əqrəbinin hərəkətinin əksi istiqamətində (sağdan sola) üfüqi vəziyyətə qaytarılsa, mavi zolaq deyil, yaşıl zolaq yuxarıda olurdu. Yaxud uyğun şaquli vəziyyətdə asılmış bayrağı saat əqrəbinin hərəkəti istiqamətində (soldan sağa) üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların yerləşməsi qaydası pozulmurdu. Yəni mavi zolaq yuxarıda, qırmızı zolaq ortada, yaşıl zolaq aşağıda olurdu. Lakin bu zaman ayla ulduz sağ tərəfə deyil, sol tərəfə baxırdı. Yəni hər iki hal dövlət bayrağının üfüqi vəziyyətdə yerləşməsi qaydasına uyğun gəlmirdi.

Nazirlər Kabinetinin son qərarı ilə bu yanlışlıq aradan qaldırılıb. Başqa sözlə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında" 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Qeyd edək ki, məhz APA İnformasiya Agentliyi Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2013-cü il tarixli qərarında yol verilən yanlışlıqla bağlı 5 iyun 2018-ci il tarixdə araşdırma dərc edib, eyni zamanda Nazirlər Kabinetinə müvafiq sorğu ünvanlayıb.

Tarix
2018.06.22 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla