Yuxarı

Lavrovun Qarabağla bağlı qətnamələrə - İkibaşlı yanaşması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrov BMT-nin 4 qətnaməsini əsas saymır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, BMT-nin baş katibi Antonio Quterreşin və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına verdikləri cavablarda sətiraltı ifadələri var:

“BMT-nin baş katibi suala konkret cavab verib ki, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir. Daha doğrusu, Quterreş bildirib ki, bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir.Ancaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarını icra etmədikdə bəlli mexanizmlər hərəkətə gətirilməlidir və buna toxunulmadı”.

Politoloq qeyd edib ki, Sergey Lavrov suala ikibaşlı cavab verib:

“Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərində belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu?"

Ekspert qeyd edib ki, bu məntiq Ermənistanın BMT-nin 4 qətnaməsini niyə yerinə yetirmədiyinə aydınlıq gətirir:

“Çünki qətnaməni qəbul edən təşkilatın rəhbəri icra olunmadığı təqdirdə hansı mexanizmin işə salındığına aydınlıq gətirmir, BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiya isə qətnamənin yerinə yetirilməsini vacib saymır".

Tarix
2018.06.22 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan razılaşması: yalnız 2 ölkə susur - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla