Yuxarı

Türkiyə 2 gündən sonra savaşa girir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:13

Türkiyədə keçiriləcək 24 iyun seçkiləri dünyada yeni bir siyasi təsirə sahib olacaq.

Axar.az xəbər verir ki, bu fikirlər hüquqşünas, professor Fərhad Mehdiyev Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı En.axar.az-da dərc olunan məqaləsində bildirib. Politoloq 24 iyunun Türkiyə üçün nəinki tarixi, həm də bir savaş günü olduğunu qeyd edib:

“Həmin tarixdə Rəcəb Tayyib Ərdoğanın siyasəti təsdiq olunacaq. Hər halda bu cür seçkiqabağı mənzərə hər ölkədə müşayiət olunmur. Türkiyədə seçicilərin 40 faizə yaxını Ərdoğanı dəstəkləyir, 50 faiz isə hazırkı Türkiyə müxalifəti arasında bölünüb. Əkmələddin İhsanoğlunun uğursuzluğundan dərs alan müxalifət bu seçkiyə müxtəlif namizədlərlə girir. CHP sağ cinahda olan qərarsız seçicilərin səsini toplamaq üçün öz namizədi kimi ələvi Kamal Kılıçdaroğlunu deyil, sünni və kifayət qədər populyar Məhərrəm İncəni irəli sürüb. İYİ Partiyasından Maral Akşənər isə milliyətçi sağ cinahda olan protest və qərarsız elektoratı öz ətrafında toplaya bilib. Səadət Partiyasının başqanı Təməl Qaramollaoğlu qatı dindarların bir hissəsinin səsini Ərdoğandan qopara biləcək. Lakin kürdlərin səsi olmadan heç kəs qələbə çala bilməyəcək. Bunu anlayan CHP və İYİ kürdləri təmsil edən HDP-yə seçki barajını aşmaq üçün logistik dəstək verir. Akşənər də kürdlərin səsini toplamaq istəyir, ona görə də ultra-millətçiləri yanına almayıb”.

Politoloq Türkiyədə seçkiqabağı ən gözəl performans və çevikliyi CHP-nin göstərdiyini düşünür:

“Bu səbəblə də Ərdoğan ilk turda qələbə çala bilməyəcək. Ərdoğanın əsas ümidi HDP-nin barajı keçməməsinədir. Çünki bu halda HDP-nin əksər səsi AKP-yə gələcək. Ərdoğana bu seçkidə sadəcə prezident vəzifəsini tutmaq yetməyəcək, ona parlamentdə də çoxluq lazımdır. Belə ki, hökumətlərin əsas idarəçilik rıçaqları qanunlardır. Parlament Ərdoğanın çıxardığı qanunları dəyişdirsə, o, gücünü itirəcək. Əgər Ərdoğan prezidentliyə sahiblənib, parlamentdə səs çoxluğunu itirsə, çox keçmədən ölkədə yeni seçkilər elan etmək məcburiyyətində qalacaq. Prezident seçkiləri ikinci tura qalarsa, xeyli qərarsız elektorat Ərdoğanın əleyhinə səs verə bilər və nəticədə onun imici zədələnmək təhlükəsiz ilə üz-üzə qalar”.

F.Mehdiyev Ərdoğanın prezident seçilib-seçilməməsindən asılı olmayaraq, Türkiyədə iqtisadi vəziyyətin ürəkaçan olmadığını qeyd edib:

“Bunun başlıca səbəbi Türkiyədən investor axınıdır. İnvestorlar isə Türkiyənin xarici siyasətdə yanlış ritorikası, həmçinin Rusiya ilə münasibətlərə görə ehtiyat edirlər. Əlbəttə ki, Qərbin Türkiyə ilə apardığı siyasət ideal olmaqdan xeyli uzaqdır, amma Rusiya ilə Türkiyənin maraqları da həm geosiyasi, həm də iqtisadi baxımından toqquşur”.

Tarix
2018.06.22 / 16:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla