Yuxarı

Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə bitməyib. Sadəcə atəşkəs rejimidir. Atəşkəs rejimi isə müharibənin olmaması demək deyil.

Bu sözləri Axar.az-a açıqlamasında polkovnik Şair Ramaldanov Azərbaycan ordusunun həyata keçirdiyi son hərbi təlimlərə münasibət bildirərkən deyib. O bildirib ki, sülh yolu ilə Qarabağ münaqişəsi öz həllini tapmasa, Azərbaycan əldə olan bütün imkanlardan istifadə edərək öz torpaqlarını geri qaytaracaq:

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin qurulmasına izn verməyəcək. Bu birinci növbədə Azərbaycan ordusu üçün bir tapşırıqdır. Ordumuz hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olmalıdır”.

Polkovnik vurğulayıb ki, Azərbaycan ordusunun Ali Baş Komandan tərəfindən təsdiqlənmiş döyüş hazırlığı planları var:

“Hərb planına uyğun olaraq, hər il Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər həyata keçirir. Ən sonuncu təlimlər artilleriya hissələri tərəfindən həyata keçirildi. Təlimlər ilk növbədə döyüş hazırlığının yüksəldilməsi üçün keçirilir. Müharibə onsuz da davam edir. Aktiv anti-terror əməliyyatları formasında, əks-hücum əməliyyatı fonunda Azərbaycan öz torpaqlarını azad etməyə hər an başlaya bilər. Bunun üçün Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdır. Ordumuz yeni texnika, silah-sursatla təmin olunur”.

Polkovnik qeyd edib ki, Azərbaycanın yeni aldığı hərbi texnikalar şəxsi heyətin minimum itkilərlə məqsədə nail olmasına və işğalçı qüvvələrə maksimum şəkildə zərbə vuraraq, darmadağın etməyə hədəflənib:

“Prezident çıxışında da demişdi ki, əgər Azərbaycan və Ermənistanı münaqişənin həllində tək qoysalar, Azərbaycan qısa bir zamanda əldə olan imkanları ilə işğalçı qüvvələri darmadağın edərək, ərazi bütövlüyünü bərpa edəcək”.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələri təlimlər həyata keçirir.

Tarix
2018.06.22 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla