Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2018


Bu, ciddi məsələdir və Prezidentin nəzarətindədir - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə halları kifayət qədər narahatedici və ciddi hadisələrdir. Bu məsələ dövlətimizin başçısının birbaşa nəzarətindədir. Respublika Baş Prokurorluğu tərəfindən baş verən hadisələrlə bağlı cinayət işi açılıb, hazırda araşdırmalar davam etdirilir. Hadisənin əsl səbəbi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəkidə jurnalistlərə müsahibəsində söyləyib.

Nazirin fikrincə, bu hadisələr iki səbəbdən, ya dərmanların keyfiyyəti, ya da ki, tətbiqi ilə bağlı baş verə bilər. “Pambıq texniki bitki olduğundan bu sahə kimyəvi maddələrin tətbiqini zəruri edir. Burada əsas məsələ təhlükəsizlik qaydalarına riayət etməkdir. Bu öhdəliklər pambıqçılıqla məşğul olan özəl təsərrüfatların, fermerlərin üzərinə düşür. Onlar işçiləri sahəyə çıxararkən təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”, - deyə İnam Kərimov bildirib.

Jurnalistlərin baramaçılığın yem bazasının təşkili ilə bağlı suallarını cavablandıran kənd təsərrüfatı naziri deyib: “Keçən il ölkəyə 1,6 milyon ədəd, bu il isə 1,2 milyon ədəd tut tingi gətirilib. Bu sahə inkişafda olan bir sahədir. Bu il üçün hədəfimiz 450 ton idi. Artıq 500 tona yaxın barama istehsal olunub və gələcəkdə istehsal daha da artacaq. Fikirləşirik ki, gələn il ipəkqurdunun yemlənməsini təkcə tut tingləri ilə deyil, həm də bu sahədə yeni tətbiq edilən yem növləri ilə, hətta süni yemləmə növlərindən istifadə etməklə həyata keçirək. Biz artıq 500 ton yaş barama istehsal etmişiksə, deməli bu sahədə uğurlu işlər həyata keçirilir”.

Nazir İnam Kərimov bildirib ki, hazırda ölkə üzrə taxıl biçininə 2200-dək kombayn cəlb edilib. Onlardan 632-si “Aqrolizinq” ASC tərəfindən servis xidməti formasında təqdim olunur, 750 ədədi lizinqə verilib, 740 ədədi isə özəl şəxslər tərəfindən istifadə edilir. “Hesab edirik ki, texnikanın sayını artırmaq üçün ehtiyac var. Bu məqsədlə “Aqrolizinq” tərəfindən sifarişlər verilib. Bu proses bir az vaxt aparır. Bu il məhsuldarlıq bol olduğu üçün bir az texnika qıtlığı müşahidə olunur. Gələn il yeni texnika alındıqdan sonra biz artıq belə problemlərlə üzləşməyəcəyik. Biz, həmçinin gələn mövsümə kimi texnikanın idarə edilməsində yeni texnologiyalarından istifadə etməyi düşünürük. İstehsalçılar artıq internet vasitəsilə mövcud texnikanı sifariş verə biləcək”,- deyə nazir İnam Kərimov bildirib.

Tarix
2018.06.22 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ermənilər cəbhəyə görün kimləri göndərir...

Yankauskas Naxçıvanda: Səfirlərlə görüş - Foto

Ərdoğan TEKNOFEST festivalına qatıldı

Marçek: Azərbaycanda bunun bir daha şahidi oldum

Rusiya kanalı parlamentimizlə bağlı süjet hazırladı - Foto

Prezidentin təltif etdiyi Tahir Süleymanov kimdir?

Bakı ilə bu istiqamətdə işlərə başlamışıq - Yıldırım

Prezidentdən Tahir Süleymanovla bağlı - Sərəncam

İlham Əliyevdən Ruhaniyə: Son dərəcə hiddətlənirik

Prezident kralı təbrik etdi - 2 məktub

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla