Yuxarı

Əsgərlərimizin rinq keçməsinə ehtiyac var - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kikboksinq Federasiyası Gənclər və İdman Nazirliyinin əmr və sərəncamlarını rəhbər tutaraq idmanın bu növünün regionlarda inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Federasiyamız dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, idmanın kütləviliyinə nail olmaqla, Azərbaycan Ordusuna əsgər hazırlamaq və respublikamızı beynəlxalq arenada yüksək səviyyədə təmsil etmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Azərtac-a məxsusi müsahibəsində deyib.

Bu istiqamətdə işlərin uğurla davam etdirildiyini vurğulayan A.Əliyev bildirib: “Ölkəmizdə kikboksinq klublarının sayını artırmağa çalışırıq. Demək olar ki, ildən-ilə klubların və zalların sayında artım müşahidə olunur. Bununla da Azərbaycanda idmanın inkişafına töhfə verməyə çalışırıq. Regionlarda kikboksinq yarışları təşkil etməklə bilavasitə idmanın bu növünün inkişafına təkan veririk. Federasiya bir çox sosial layihələrdə fəal iştirak edir. Belə ki, biz uşaq və qocalar evlərində, həmçinin qazilərlə görüşlər təşkil edirik. Federasiya olaraq belə mühüm layihələrdən kənarda qalmırıq. Öz təşəbbüsümüzlə yanaşı, bizə edilən müraciətlər əsasında da sosial layihələrə qatılırıq”.

Yarışların əsasən sərhədyanı və cəbhəboyu bölgələrdə təşkil olunduğunu deyən federasiya prezidenti deyib: “Füzuli, Ağdam, Qazax, Naxçıvan və digər regionlarda yarışlar təşkil etməkdə maraqlıyıq. Sevindirici haldır ki, həmin regionlarda perspektivli idmançıların sayı gündən-günə artır. Etiraf edim ki, ölkəmizdə idmanın bu növünə tələbat çoxdur. Bəzən digər döyüş növlərinə də kikbokçularımız dəvət olunur. Bir çox əlbəyaxa döyüş növləri üzrə yarışlarda məhz kikboksçularımız medallar uğrunda mübarizə aparırlar. Federasiya rəhbəri olaraq mən buna icazə vermişəm. Bu, idmançının formada qalması və təcrübəsinin artırması üçün önəmli addımdır. Kikboksçularımız arasında güclü rəqabət var”.

A.Əliyev vurğulayıb ki, milli komandanın heyətinin formalaşmasında Azərbaycan çempionatının nəticələri əsas götürülür. Ölkə çempionatının qalibi beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək hüququ qazanır. Əgər idmançı zədə aldıqda və yarışı hazır olmadıqda biz ilk üçlükdə qərarlaşan kikboksçular arasında seçim aparırıq.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən A.Əliyev bildirib ki, ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa və dünya çempionatlarından əlavə, ölkəmizdə ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları müvəffəqiyyətlə təşkil olunub. Bunun üstünlüklərindən biri də idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsidir. Həmçinin ölkəmizdə peşəkar mütəxəssislərin hazırlanması istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Eləcə də idmançılarımız digər ölkələrdən olan atletlərlə təcrübə mübadiləsi aparırlar. Bu nailiyyətlərin nəticəsidir ki, beynəlxalq arenada idmançılarımıza inkişaf etmiş ölkənin atletləri kimi yanaşırlar. İdmançı və hakimlərimiz heç bir turnirdə sıxışdırılmırlar. Beynəlxalq idman qurumları da ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edirlər. İdmanın inkişafı ölkəmizin gücünə güc qatır. Azərbaycanda idman yarışlarına maraq çox böyükdür. Digər ölkələrdə idmana belə yanaşma yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin idman göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

“Başlanğıc üçün kikboksinq o qədər də çətin idman növü deyil. Demək olar ki, uşaqlar arasında idmanın bu növü çox populyardır. Kikboksinq küçə davasından rinqə keçən idman növüdür. Küçədə özünü arxayın hiss edən hər bir uşaq rinqə çıxa bilər. Kikboksinqdə rinq psixologiyası var. Bu gün əsgərlərimizin rinq keçməsinə çox böyük ehtiyac var. Bu insandan qorxu hissini və sıxıntını götürür. Psixoloji baxımdan idmançını yarışa hazır edir. Kikboksinq kişi idman növüdür”, - deyə A.Əliyev qeyd edib.

Ölkə çempionatına minə yaxın kikboksçunun qatıldığını bildirən federasiya prezidenti idmançıların vətənpərvər və azərbaycançılıq ruhunda böyüməsi istiqamətində mühüm addımların atıldığını və peşəkar döyüşlərin təşkilinə böyük önəm verildiyini söyləyib.

Tarix
2018.06.23 / 01:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla