Yuxarı

Qarabağ sualı Lavrovu elə bir gülünc vəziyyətə saldı ki... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun bu suala verə biləcəyi cavabı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun BMT-nin Baş katibi Antonio Quterreş ilə birlikdə Moskvada keçirdiyi mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması haqqında suala verdiyi cavaba münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, BMT baş katibinin cavabı birmənalı idi və o, qərarların icrasının vacibliyini vurğuladı:

“Şübhəsiz ki, Antonio Quterreş rəhbərlik etdiyi qurumun maraqlarına zidd də bəyanatlar verə bilməzdi. Lavrova gəldikdə isə Rusiyanın xarici işlər naziri sadəcə sualdan yayındı. Çünki Rusiya Minsk Qrupunun həmsədri olmaqla yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və TŞ-nin qəbul etdiyi qətnamələrin icrasına görə məsuliyyət daşıyır. Yəni burada danışıqlar prosesinə keçiddən söz açmaq məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil. Nə deyəcəkdi ki, Lavrov? Deyəcəkdi ki, Rusiya Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamələrin icrasına mane olur, yaxud prosesdən regiona öz təsirini saxlamaq üçün istifadə edir? Bəlkə işğalçı ölkəni hərtərəfli himayə etdiyini bildirəcəkdi?”

Analitik vurğulayıb ki, Lavrov bu səbəbdən də özünü gülünc vəziyyətə qoyub:

“Çünki BMT TŞ-nin Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məsələ imperativ şəkildə qoyulub. Bu sənədlərdə söhbət danışıqlara keçiddən, hoppanmaqdan, yaxud kəllə atmaqdan getmir. Deyilir ki, torpaqlar qeyd-şərtsiz işğaldan azad edilməlidir. Rusiya isə bunu istəmir”.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvada keçirdiyi birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin artıq 25 ildir icra olunmadığı haqda sual verilib. A.Quterreş BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu bildirib, Lavrov isə deyib ki, sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib:

“Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk Qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı”.

Tarix
2018.06.23 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla