Yuxarı

Rusiyanın Xəzərlə bağlı layihəsində - Mühüm məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökumətinin dünən təsdiqlədiyi Xəzər dənizinin statusu haqqında konvensiya layihəsi dənizin sektorial prinsip əsasında bölünməsini nəzərdə tutur.

Axar.az xəbər verir ki, konvensiya layihəsi haqqında məlumatı Rusiya mətbuatı yayıb. Konvensiyada Xəzər akvatoriyasının daxili və ərazi suları, balıqçılıq zonaları və ümumi su sahələrinə bölünməsi, hər bir tərəfin 15 dəniz milini keçməmək şərti ilə ərazi sularını müəyyənləşdirməsi gərəkdiyi vurğulanıb. Eləcə də layihəyə əsasən, hər bir ölkə üçün 10 dəniz milini keçməmək şərti ilə balıqçılıq zonası müəyyənləşdirilib.

Lakin konvensiyanın ən maraqlı hissəsi Xəzəryanı ölkələrə dənizin dibi ilə kabel və boru kəmərləri çəkməsinə izn verilməsi olub. Layihədə bildirilir:

“Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabel və boru kəmərləri çəkə bilərlər. Tərəflər Xəzər dənizinin dibi ilə yalnız onların layihələrinin ekoloji tələblərə və standartlara cavab verməsi şərti ilə sualtı magistral boru kəmərləri çəkə bilərlər”.

Konvensiya layihəsində Xəzərdə üçüncü ölkələrin hərbi qüvvə yerləşdirməsinə izn verilməməsi də əks olunub. Bundan başqa, Xəzəryanı ölkələrin bir-birinin təhlükəsizliyinə zərər vurmaması gərəkdiyi bildirilib.

Qeyd edək ki, dünən Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsini təsdiq edib. Sənədi iyunun 21-də Rusiya Baş naziri Dimitri Medvedyev imzalayıb.

Qərarda qeyd olunur ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təqdim etdiyi, maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə əvvəlcədən işlənilmiş Xəzər dənizinin hüququ statusu haqqında Konvensiya layihəsi təsdiq olunsun. Sənəddə bu konvensiyanın imzalanması üçün Rusiya Prezidentinə təqdim olunması təklif olunur.

Tarix
2018.06.23 / 10:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla