Yuxarı

“Rusiya bu qərarla Azərbaycanı təhdid edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya bu qərarla Azərbaycanı təhdid edir”

"Xəzərin şimalında Rusiyanın hərbi təlimlərə başlaması hər iki respublikaya təhdid ola bilər".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Rusiyanın Xəzər dənizinin şimalında hərbi təlimlərə başlamasını şərh edərkən dedi.

Onun sözlərinə görə, bu, Azərbaycana təhdid ola bilər: "Putin ölkəsinin iqtisadi vəziyyətini düzəltsin, yollar çəksin. Dünya ölkələri tərəfindən təcrid olunan ölkəsini qorusun. Amma bunun əvəzində silah oynadır. Bu dəqiqə Azərbaycan-Rusiya münasibətlərində inkişaf, amma Qazaxıstan-Rusiya əlaqələrində gərginlik hiss olunur. Ona görə də Xəzər dənizinin şimalında Rusiyanın hərbi təlimlərə başlaması NATO zivəsinin davam etdiyi bir zamanda hər iki respublikaya təhdid ola bilər".

Rusiyanın üzük qaşı kimi ABŞ və Qərb tərəfindən mühasirəyə alındığını bildirən politoloq Rusiyanın bir addım da atarsa, fəlakətlə üzləşəcəyini qeyd edib: "Artıq qərarlar hamısı göz qabağındadır. Sanksiyalar şiddətlənib, NATO şərqi Avropada və Baltikyanı ölkələrdə bazalarını yerləşdirir. Rusiyanın demək olar ki, bütün sərhədlərində ABŞ qoşunları var. Əgər Rusiya bundan sonra yenə də azğınlıq edərsə, o zaman NATO daha sərt tədbirləri gözdən keçirəcək. Sadaladığım ərazilərdə canlı qüvvələr yerləşdirilməsindən əlavə NATO başqa tədbirlərə də əl ata bilər".

Tarix
2014.09.05 / 13:09
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla