Yuxarı

Ərdoğan seçiləcək, AKP isə... – Ekspertdən sensasiyalı şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəla onu qeyd edim ki, bu seçki həm tezisləri, həm aktyorları, həm də seçki prosesi etibarı ilə 16 aprel 2017-ci ildə keçirilən referendumun davamıdır.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, yayılan məlumatları rasional analiz edəndə 24 iyun seçkilərinin ikinci tura qalması və parlamentdə iqtidar partiyasının səs çoxluğunu itirməsi ehtimalı daha yüksək görünür:

“Ancaq Türkiyədə siyasətin ümumi axını uzun müddətdir ki, normal deyil. Xalqın bu müddət ərzində proseslərə necə reaksiya verəcəyi də məlum deyil. Bu gün Türkiyədə seçicilərin kimə səs verəcəyini əvvəlcədən müəyyənləşdirmək olmur. Hər kəs öz qərarına rasional izah verməyə çalışır. Siyasi güc mənzərəsinə baxdıqda isə deyə bilərik ki, iqtidar bu gün ölkəni əvvəlki kimi idarə edə bilmir. Müxalifətin isə iqtidara tam anlamıyla gələcəkdə dəstəyi təmin etmə ehtimalı çox aşağıdır. Bu mənzərədən bir tərəfin tamamilə qazanacağı, yaxud da itirəcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, kəskin dəyişikliklərin də Türkiyəyə gətirdiyi yeni risklər gözardı edilməməlidir:

“Bu seçkilərdə gücün paylaşılacağı daha yüksək ehtimaldır. Bəs bu güc necə paylaşılacaq? Seçki nəticələrini həm rasional (siyasi və iqtisadi şərtlər), həm də irrasional (istiqrar istəyi, dərin amillər, sabitlik xofu və s.) amillərlə birlikdə dəyərləndirdikdə, nəticələrin aşağıdakı kimi olacağını düşünürəm:

1. Parlamentdə iqtidar partiyasının çoxluğu itirəcəyi ehtimalı yüksəkdir. Eyni zamanda, HDP-nin öz seçicilərinin dəstəyi ilə yanaşı, CHP seçicilərindən də aldığı dəstəklə parlamentə keçəcəyini düşünürəm;

2. Rəcəb Tayyib Ərdoğanın təkrar prezident seçiləcəyi ehtimalı çox yüksəkdir. Son dövrlərdə iqtidara yaxınlığı ilə seçilən ekspertlərin də qənaətinə görə, Ərdoğan ikinci turda seçiləcək. Amma Türkiyə seçicisi hazırda Türkiyədə olan siyasi proseslərə, qeyri-adi vəziyyətə adekvat reaksiya verərsə, Ərdoğan ilk turda da prezident seçilə bilər. Bu mənə sürpriz olmaz”.

Ekspert vurğulayıb ki, seçki ikinci tura qalsa, yeni ittifaqlar gündəmə gələ bilər:

“Bu ittifaqlar yeni prezident və parlament seçkilərin keçirilməsinə də səbəb ola bilər. Amma bu ehtimal Akşənərə xalqın nə qədər səs verəcəyindən asılıdır. Doğrudur, bu gün Türkiyədə olan siyasi vəziyyət və Akşənərin əlindəki imkanları nəzərə alsaq, deyə bilmərik ki, Akşənər seçkilərdə prezident seçiləcək. Yəni hazırki vəziyyət buna imkan vermir. Amma unutmaq olmaz ki, türk siyasətində 1950, 1983, 2002-ci il nümunələri var. Ona görə də Akşənərin mövcud reallığa necə təsir edəcəyi çox maraqlıdır”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Tarix
2018.06.23 / 15:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla